"Putin Azərbaycanı müstəqil dövlət və etibarlı tərəfdaş kimi qiymətləndirir" - DEPUTAT
Bizi izləyin

Nida Təhlil

"Putin Azərbaycanı müstəqil dövlət və etibarlı tərəfdaş kimi qiymətləndirir" - DEPUTAT

"Rusiya Prezidenti Vladimir Putinin səsləndirdiyi fikirlər bir sıra mühüm tərəfləriylə diqqəti çəkir. Bunlardan biri hər şeydən öncə onun Dağlıq Qarabağın həmişə Azərbaycana aid olmasıyla bağlı səsləndirdiyi fikridir ki, bu, 100 ilidir ermənilər tərəfindən sepekuliyasiya edilən mövzuya birdəfəlik son qoydu”

Publika.az xəbər verir ki, bunu deputat Hikmət Babağlu Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin “Rossiya-24” telekanalına müsahibəsində Azərbaycan-Ermənistan münaqişəsi ilə bağlı səsləndirdiyi fikirlərə münasibətini ifadə edərkən deyib.

Onun sözlərinə görə, bu fikrin müəllifi erməniləri 200 il əvvəl Azərbaycan ərazilərinə gətirən və onlara dövlət verən Çar Rusiyasının varisi olan bir ölkənin birinci şəxsidir:

"Beləliklə də həm tarixi, həm də hüquqi kontekstdə ermənilərin Dağlıq Qarabağ manipuliyasıyasını onların əlindən alır. İkincisi, Pusiya Prezidenti açıq şəkildə Azərbaycanı müstəqil dövlət və etibarlı tərəfdaş kimi qiymətləndirir. Onun beynəlxalq hüquqa əsaslanan özünümüdafiə haqlarını qəbul edir və həm də BMT nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq ona qarşı edilən təcavüzə qarşı özünün seçdiyi müttəfiqləriylə birlikdə suveren hüquqlarını bərpaetmə haqlarının olduğunu normal hal hesab edir”.

H.Babaoğlu qeyd edib ki, Rusiya Prezidenti elə Türkiyə-Azərbaycan müttəfiqliyinin də bu kontekstdə qiymətləndirilməli olduğunu irəli sürərək Türkiyənin də bu hərəkətinin əsla beynəlxalq hüquqa zidd olmadığını vurğulayıb:

“Nəhayət, Rusiya Federasiyasının da beynəlxalq hüquqa hörmət edən və müttəfiqləri ilə münasibətdə öz öhdəliklərinə sadiq olan bir dövlət olduğunu, Dağlı Qarbağ məsələsinin heç bir halda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına aidiyyatı olmadığını deyir” .

“Bütün bunlar əslində, Azərbaycanın regionumuzda yeni geostrateji reallıq yaratdığı vəziyyətdə yeni şərtlərin beynəlxalq hüquqla uzlaşması və Rusiyanın bunu qəbul etməsi deməkdir. Düşünürəm ki, Putinin bu mövqeyi bundan sonra bütün beynəlxalq və regional aktorlara yeni reallığı dərk etmələri üçün yaxşı maarifləndirmə xarakteri daşıyır. Eyni zamanda Rusiya informasiya məkanına da Rusiyanın rəsmi mövqeyinin necə olmasını izah edir. Ona görə də bəzi Rusiya media qurumları da bundan müəyyən nəticə çıxarmaqla, öz informasiya siyasətlərinə korrektələr etməli olacaqlar”, - deyə deputat əlavə edib.

H.Babaoğlunun sözlərinə görə, Putin Azərbaycan Ordusunun ən müasir və güclü ordulardan biri olduğunu olduqca düzgün qiymətləndirərək deyir ki, Ermənistan bu anlaşmanı qəbul etməsə, intihar etmiş olacaqdı:

"Bütün bunlar sonrakı mərhələdə Rusiya-Azərbaycan münasibətlərinin qarşılıqlı etimad və tərəfdaşlığı əsasında daha da inkişaf edəcəyi ilə bağlı yaxşı perspektivlər yaradır ki, bu da hər iki qonşu ölkənin milli maraqlarına uyğundur”.

Şamo Emin

Oxumağa davam et
Reklam
Reklam

Gündəm