Nida Təhlil
Zahid Oruc: Fransa Senatı 2-ci Azərbaycan dövləti təsis etmək istəyir...
Fransa Senatında qəbul edilən dünənki qərarının tarixi analogiyası belədir: 2-ci dünya müharibəsinin nəticələrini Almaniya qəbul edib, generallar gəlib təslimçilik aktına qol çəkib, lakin hansısa 3-cü dövlət onu tanımaq istəmir. İndi 2-ci Qarabağ müharbəsinin nəticələrini Ermənistan dövləti, parlamenti və hətta xalqı da qəbul edib, lakin Senat deyir ki, yox, Ermənistan Ermənistan deyil, bizik Ermənistan!
Senatın 25 noyabr tarixli addımı hüquqi-siyasi nəticələrindən asılı olmayaraq, 33 il əvvəl yenə də Fransada Humenite jurnalında Abel Aqanbekyanın Qarabağı Ermənistana birləşdirmək çağırışına dair mənfur məqaləsi ilə eyni mahiyyəti daşıyır. Həmin planın iki xalq arasında hansı miqyasda düşmənçiliyə gətirib çıxardığını hamı gördü!
Müharibənin 1 dekabrdakı nəticələrinə görə Azərbaycan hərbi və siyasi yolla işğal altındakı torpaqlarının 80-faizini tam azad etmiş bir duruma nail olur. 10 noyabr razılaşmasına görə yerdə qalan Azərbaycan torpaqlarında da suveren haqlarımızın gerçəkləşməsi üçünplan hazırdır. Beləliklə, Senatın müstəqilliyi tanıma tövsiyyəsi faktiki olaraq, 2-ci Azərbaycan dövlətini tanımaq cəhdi sayıla bilər. Çünki yaxın gələcəkdə azərbaycanlılar Dağlıq Qarabağda əhali sayına görə Hadrutda, Xocavənddə, Ağdərədə və Şuşada yerləşərək digər ünvanlardakı bir ovuc erməni azlığından sayca çoxluq təşkil edəcəklər! Ona görə də Fransa 2-ci Azərbaycan dövləti təsis etmək istəyir.
Ali Baş Komandan bəyan etdi ki, o Azərbaycana edilən təzyiqlərin miqyası haqqında bəzi sirləri gələcəkdə aça bilər. Şübhə yoxdur ki, bağlı qapılar arxasında Fransa dövlət başçısının cavabı ən sərt və qətiyyətli bir şəkildə verilib. İndi prezidentdən sonra növbə bütün dövlət strukturlarının, parlementin və bütün dünya azərbacanlılarındır.
Dağlıq Qarabağın müstəqliiyini Kosovo kimi tanımaq üçün ortada olan reallığın balkanlardan fərqi haqqında yüzlərlə arqument gətirmək olar. Tək bir səbəbi desək yetərlidir-gərək biz onda on minlərlə mülki ermənini öldürmüş olaydıq. Senatın qərarı erməniləri qətlə sürükləyən bir hökmdür. Qarabağı karta çevirənlərin əllərindən çıxan alətə görə qəzəbi, hiddəti başadüşüləndir.
Senatın qərarı Strasburqun demokratiyaya bürünmüş sifətini və bizə on illərdən bəri azadlıq gətirmək istəyənlərin də iç üzünü açır. Dünən o qərara səs verənlər sabah bizim demokratiya, mətbuat azadlığı və məhbuslarla bağlı danışanda onların ərazi bütövlüyümüzə qəsd edənlər olduğunu unutmayın!
7.Fransa arxivlərində Paris Sülh Konfransının materialları durur. Sabiq prezident Fransua Oland Azərbaycanın qədimliyinin fransız səyyahları tərəfindən necə tədqiq olunduğundan ağız dolusu danışırdı. Nəhayət, Senat üzvləri Sent Klu məzarlığında uyuyan Əlimərdan bəy Topçubaşovun, Ceyhun Hacıbəylinin və lap elə Şarl dell Qolla çiyin-çiyinə vuruşan Əhmədiyyə Cəbrayılovun ruhundan utansınlar - Axı Paris Sülh Konfransı Azərbaycanın müstəqiliyini tanıyanda bizim ərazilərimiz 114 min kv.km idi.
Azərbaycanın cavab reaksiyası necə olmalıdır-müxtəlif təkliflər var-bilirsiz ki, ölkəmizdə Fransa unuversiteti, məktəbi, ayrıca fakültəsi, 2 milyard avro dəyərində iqtisadi-ticari sazişlər var. Bilməliyik ki, Fransa kompaniyaları siyasətçilərin girovu deyil, əksinə onlarla, fəal iş rejimində çalışmalıyıq, o cümlədən müxtəlif patiyalar, siyasi mərkəzlərə, lobbi birliklərilə gündəlik rejimdə işləməyi davam etdirməliyik. Emosional addımları da kimsə ata bilər, lakin biz sistemli fəaliyyətimizlə dünyada belə qərarın nümunəyə çevrilməsinin qarşısını almalıyıq! Bəli, 30 il də ömrümüz Hərbi Zəfərimizi müdafiədə keçəcək! Bu Azərbaycanın taleyidir!
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO