Nida Təhlil
Regionda yeni geosiyasi vəziyyət formalaşacaq - Kərəm Məmmədov
“Bir millət, iki dövlət” şüarını həmişə səsləndiririk. Hamımız eyni qanı daşıyırıq. Biz Türkiyə ilə qardaş dövlətik. Türkiyə bu müharibə vaxtında da, müharibədən əvvəlki dönəmlərdə də Azərbaycanın yanında olub. Sonrakı dönəmlərdə, 90-cı illərin keşməkeşli dövründə, müstəqilliyimizi yeni qazandığımız vaxtda da həmişə yanımızda oldu və bizi daim dəstəklədi. Bunu unuda bilmərik”.
Bu fikirləri Publika.az-a açıqlamasında Bakı Dövlət Universitetinin dosenti, geosiyasət və konfliktologiya üzrə fəlsəfə doktoru Kərəm Məmmədov deyib.
O bildirib ki, çətin zamanlarımızda, ərazilərimiz işğal olunanda Türkiyə yanımızda olub: “Sonrakı dönəmdə də beynəlxalq təşkilatların toplantılarında Türkiyə həmişə bəyan edib ki, Azərbaycanın ərazi bütövlüyünü tanıdığınız halda nə üçün BMT-nin 4 qətnaməsini yerinə yetirmirsiniz. Yəni bütün sahələrdə, həm iqtisadi, siyasi, beynəlxalq, həm də münaqişənin həll edilməsi, ərazi bütövlüyümüzün bərpa olunması məsələsində Türkiyə hər zaman bizi dəstəkləyib. 44 günlük Vətən müharibəsində də qardaş ölkənin həm siyasi, həm də mənəvi dəstəyini hiss edirdik. Türkiyə təzyiqlərə baxmayaraq, sinəsini önə verdi və açıq şəkildə bəyan etdi ki, biz hər bir halda azərbaycanlı qardaşlarımızın yanındayıq. Hətta hərbi baxımdan dəstək lazım olsaydı, onu da etməyə hazır idi. Üçüncü tərəf müdaxilə etsəydi, Türkiyə də müdaxilə edəcəkdi. Prezident Rəcəb Tayyib Ərdoğanın Zəfər paradında iştirakı birliyimizin nümayişi idi”.
K.Məmmədov qeyd edib ki, bundan sonra Azərbaycan-Türkiyə əməkdaşlığı daha da inkişaf edəcək: “Əvvəldən mövcud olan iqtisadi layihələrdən əlavə, heç şübhəsiz ki, yeni layihələrin də əsası qoyulacaq. Regionda yeni geosiyasi vəziyyət formalaşacaq. Azərbaycan-Türkiyə əməkdaşlığı ilə regionun bütün dövlətləri, İran, Rusiya və bu xətt üzrə Orta Asiya dövlətlərinin proseslərə cəlb olunması təmin olunacaq. Regionda həmişə münaqişə və çaxnaşma yaradan, sülhü pozan Ermənistandır ki, bu ölkənin siyasi rəhbərləri konstruktiv mövqe tutaraq normal əməkdaşlıq siyasəti yürütsələr, bu birlikdən faydalanacaqlar. Bizim ən böyük istəyimiz bölgədə sülh və təhlükəsizliyin təmin olunmasıdır. Türkiyə bu proseslərdə çox böyük rol oynayır”.
Akqabay Mıradov
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi






.jpg)




























.jpg)
.jpg)
