Nida Təhlil
Prezident göstəriş verdi: Ermənistan təcavüzündən zərər çəkənlərə dövlət yardımı
44 günlük müharibə dövründə hərbi cəbhədə məğlub olan Ermənistan II Dünya müharibəsində nasistlərin metoduna əl atdı: mülki vətəndaşlara və infrastruktur obyektlərinə raket hücumları.
Faşist hücumları nəticəsində 94 müki vətəndaşımız şəhid oldu, 404 mülki vətəndaşımız yaralandı. Minlərlə şəxsi ev və infrastruktur sıradan çıxdı. Bu, cəbhədə məğlubiyyətə uğrayan Ermənistanın dinc insanlardan qisas almaq planı və faşist xislətindən irəli gəlirdi.
Azəraycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qalib gəldi, 30 il sonra torpaqlarımız işğaldan azad olundu, ərazi bütövlüyümüz bərpa edildi. Prezident İlham Əliyevin sərəncamları ilə Vətən müharibəsinin iştirakçılarına, şəgid və qazilərə dövlət tərəfindən hərtəfəli dəstək verilir.
Bununla yanaşı, Ermənistanın faşist hücumlarından zərər çəkmiş mülki vətəndaşlarımızın ziyanı da dövlət tərəfindən qarşılanacaq.
Prezident İlham Əliyev bununla bağlı 2020-ci il 6 noyabr tarixində “2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.
Sərəncamda erməni terrorunun hədəfi olan mülki vətəndaşlarımıza, infrastruktur obyektlərinə, eləcə də sahibkarlara dəyimiş ziyanın dövlət tərəfindən ödənilməsinin konkret istiqamətləri öz əksini tapır.
Dövlət komissiyası və 11 işçi qrupu
Sərəncama əsasən Baş nazirin rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb. Sərəncamın icrasının təmin edilməsi üzrə isə Baş nazir tərəfindən Komissiyanın işinin təşkil edilməsi məqsədilə müvafiq sərəncam imzalanıb və aidiyyəti təyinatlı 11 işçi qrupu yaradılıbdır.
Yaradılan işçi qruplarına 11 rayonda mülki əhaliyə, dövlət əmlakına, sahibkarlıq fəaliyyəti subyektlərinə, nəqliyyat vasitələrinə, kənd təsərrüfatı məhsulları və texnikasına, o cümlədən əhaliyə məxsus tələf olmuş heyvanlar üzrə dəymiş ziyanın müəyyənləşdirilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.
Məlumat bazası formalaşdırılır
Sərəncamda həmçinin, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən vahid məlumat bazasının formalaşdırılması işlərinin həyata keçirilməsi tapşırığı da verilib. Məlumat bazasına mülki əhaliyə, dövlət əmlakına, infrastruktur obyektlərinə, sahibkarlıq fəaliyyəti subyektlərinə, nəqliyyat vasitələrinə, kənd təsərrüfatı məhsulları və texnikasına, o cümlədən əhaliyə məxsus tələf olmuş heyvanlar üzrə dəymiş ziyan və onun aradan qaldırılması ilə bağlı müfəssəl məlumatlar daxil edilir.
Burada eyni zamanda, şəxsi, məkan və zaman informasiyaları, 10 ədədək foto və 3 dəqiqəlik video, qiymətləndirmənin məbləği və digər bu kimi məlumatlar da öz əksini tapacaqdır.
İşlər artıq başlanıb: maddi yardım vətəndaşın evinə aparılacaq
Prezidentin Sərəncamı ilə yaradılan Dövlət Komissiyası tərəfindən dəymiş ziyanın müəyyənləşdirilməsi, qiymətləndirilməsi və bərpası istiqamətində işlər təxirəsalınmadan davam etdirilir. Artıq konkret addımlar atılır.
Dünən dövlət başçısı tərəfindən ilkin mərhələdə zərərçəkmiş mülki əhalinin zəruri sosial ehtiyaclarının təmin edilməsi və onların məişət və şəxsi əşyalarına dəymiş ziyanın aradan qaldırılması ilə bağlı daha bir Sərəncam imzalandı. Bu Sərəncamla təcavüz nəticəsində dağıdılmış və ya qəzalı vəziyyətə düşmüş yaşayış evləri üzrə məişət əşyalarına dəymiş ziyanla bağlı hər bir ailəyə 6000 manat, şəxsi əşyalara dəymiş ziyanla bağlı hər bir ailə üzvünə 1500 manat və digər ziyan dəymiş yaşayış evləri üzrə hər bir ailəyə 1000 manat məbləğində maddi yardımın ayrılması qərara alınıb. Maliyyələşmənin həyata keçirilməsi ilə bağlı Nazirlər Kabinetinə müvafiq tapşırıq da verilibdir.
Yerli icra hakimiyyəti orqanları aidiyyəti ərazi üzrə ayrılması nəzərdə tutulan maddi yardımın yaşayış evlərin sahiblərinə və ya onların qanuni nümayəndələrinə bank vasitəsi ilə ödənilməsini təmin edəcəklər.
Xüsusi qeyd: hazırki yardımlar nə üçündür?
Burada xüsusi qeydə ehtiyac var: bu maddi yardımlar evləri dağıdılmış və ya qəzalı vəziyyətə salınmış mülki əhalinin məişət və şəxsi əşyalarına dəymiş ziyana görə və qismən ziyan dəymiş evlər üzrə hər bir ailəyə verilən pul vəsaitlərini əhatə edir. Evləri dağıdılmış və ya qəzalı vəziyyətə salınmış mülki əhali məişət əşyalarına görə 6000 manat və əlavə olaraq hər bir ailə üzvü şəxsi əşyalarına görə 1500 manat maddi yardım alacaqdır. Qismən ziyan dəymiş evlər üzrə isə ailə üzvlərin sayından asılı olmayaraq, hər bir ailəyə 1000 manat maddi yardım veriləcəkdir.
Yəni dağıdılmış, yaxud zərər görmüş evlər dövlət tərəfindən bərpa ediləcək. Hazırda yalnız məişət və şəxsi əşyalara dəyən ziyanın ödənilməsi üçün yardım ayrılıb.
Növbəti mərhələdə mülki əhaliyə, dövlətə və sahibkarlıq fəaliyyəti subyektlərinə məxsus dağıdılmış və ya qəzalı vəziyyətə salınmış, qismən ziyan dəymiş yaşayış və qeyri-yaşayış sahələrinin təmir-bərpası işlərinin, həmçinin nəqliyyat vasitələrinə, kənd təsərrüfatı məhsulları və texnikasına, o cümlədən əhaliyə məxsus tələf olmuş heyvanlar üzrə dəymiş ziyanın aradan qaldırılması üzrə tədbirlərin həyata keçirilməsinə başlanılacaqdır. Bu tədbirlər ən qısa zamanda həyata keçiriləcək.
Bu bir daha təsdiqləyir ki, Azərbaycan dövləti hər zaman vətəndaşının yanındadır. Bu dövlətin rəhbəri Prezident İlham Əliyev hər bir vətəndaşın kiçik, yaxud böyük olmasından asılı olmayaraq, bütün problemlərinin həllinə xüsusi diqqət göstərir.
Asif Nərimanlı
-
Magazin109:12
Bakıda hər kəsi heyran edən maşının sahibi görün kim imiş - FOTO
-
Sosial08:00
Laçın bir ailəlik kəndi kimsəsiz qoyacaq - VİDEO
-
Ekologiya07:17
Bakıda yağış yağacaq, külək əsəcək - PROQNOZ
-
Səhiyyə06:46
Süni intellekt can həkimimiz ola bilər
-
Magazin206:26
Hollivudun ukraynalı gözəli yeni filmini təqdim etdi - FOTO
-
Region05:45
Türkiyəli məşhur aşpaz Nüsret necə milyonçu oldu? - VİDEO
-
Region01:21
Türkiyənin ən yaşlı insanı 117 yaşında VƏFAT ETDİ
-
İdman00:30
Ronaldonun saat brendi: modellərdən birində görün nə var - FOTO