Nida Təhlil
Lömuanın Bakı səfəri nəyi dəyişəcək? - Politoloq detalları açdı
Fransanın Avropa və Xarici İşlər Nazirliyinin dövlət katibi Jan Batist Lömuan Azərbaycana gəldi. Ölkə başçısı İlham Əliyevlə görüşdü.
44 günlük müharibədə Fransanın Azərbaycana “fransızsayağı badalağı”nı hamımız gördük. Prezident Emmanuel Makron qərəz dolu bəyanatlar verirdi. Üstəlik, Minsk qrupunun üç həmsədrindən biri kimi balanslı mövqe sərgiləmək əvəzinə, parlament “dqr”in “müstəqilliyini” də tanımaq haqqında qətnamə qəbul etdi.
Bəs Lömuan hansı üzlə Bakıya gəldi? Bəlkə Parisin Qarabağ məsələsində mövqeyi dəyişib? Yoxsa səhvlərini başa düşüblər? Fransanın Avropa və Xarici İşlər Nazirliyinin dövlət katibinin Bakı səfəri Fransanın Azərbaycanla gələcək münasibətlərinə hansı formada təsir göstərəcək?
Sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Publika.az-a açıqlamasında deyib ki, Paris ATƏT-in Minsk qrupuna yenidən qayıtmaq üçün Bakıya elçi düşüb.
“Taktiki baxımdan hesab etmirəm ki, onlar hansısa mərhələdə öz mövqelərini daha balanslı şəkildə verəcəklər. Fransa taktiki baxımdan parlamentin rəyini ayrı göstərəcək. Buna baxmayaq, icra orqanları, o cümlədən Fransanın Xarici İşlər Nazirliyinin mövqeyi fərqli olacaq. Guya ki, balanslı şəkildə Qarabağ məsələsinə mövqe sərgiləyəcəklər. Burada məqsəd ondan ibarətdir ki, bu və ya digər yollarla ATƏT-in Minsk qrupunun tərkibində bu prosesə qayıtsınlar və status mövzusunun müzakirəsini başlatsınlar. Onların əsas məqsədi budur.
Makronun bəyanatlarından və parlamentin qərarlarından sonra Azərbaycan çətin ki, bundan sonra Fransanı hər hansı məsələnin müzakirəsinə cəlb etsin”.
Tural Turan
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi






.jpg)




























.jpg)
.jpg)
