Nida Təhlil
Almaniyanın Bakıya qərəzinin əsl səbəbi – Simonyan faktı
Əksər alman və Qərb media qrumları 44 günlük müharibə və sonrakı proseslər haqda məlumatı Rusiyanın "Sputnik" agentliyindən alır.
Publika.az xəbər verir ki, bu sözləri Axar.az-a ekspert Natiq Cəfərli deyib.
Onun sözlərinə görə, Almaniya ilə Azərbaycan arasında dövlətlərarası münasibətlər kifayət qədər yaxşıdır:
“Azərbaycanla Almaniya arasında illik iqtisadi dövriyyə keçən il 800 milyon dollara yaxın olub. Onu da qeyd edim ki, bu göstərici hələ pandemiyanın ən sərt zamanlarında qeydə alınıb. Bu gün illik dövriyyəsi milyard dollar olan 100-dən artıq alman şirkəti Azərbaycanda fəaliyyət göstərir. Yəni həm iqtisadi, həm də siyasi baxımdan iki dövlət arasında sıx münasibətlər var.
Mövcud gərginliyin əsas səbəbi alman mediasının son günlər 44 günlük müharibə və Azərbaycanın hərbi qələbəsi haqda verdiyi qərəzli yazılar, irəli sürdüyü mənfi fikirlərdir. Alman mediasının belə xəbərlər verməsinin səbəblərinə gəldikdə isə deyə bilərəm ki, bu, ya onların məlumatsızlığından, ya da qərəzli medialardan aldıqları xəbərlərdən irəli gəlir. Təəssüf ki, bu gün əksər Qərb mediası həm 44 günlük müharibə, həm də regionda baş verən proseslər haqda xəbərləri Rusiyanın "Sputnik" agentliyi vasitəsilə əldə edir.
Bildiyiniz kimi, "Sputnik" 10 dildə xəbər paylaşır və bu agentliyin rəhbəri erməni əsilli Rusiya vətəndaşı Marqarita Simonyandır. Bu gün alman mediasına nəzər salsanız, görə bilərsiniz ki, həm 44 günlük müharibə, həm də sonrakı proseslər haqda xəbərləri məhz Rusiyanın "Sputnik" xəbər agentliyinə istinadən verirlər. Bu da alman və digər Avropa media orqanlarının Azərbaycan əleyhinə qərəzli fikir formalaşmasının səbəbini izah edir.
Düşünürəm, bu gün Türkiyə ilə ortaq media orqanının yaradılması vacibdir. Xüsusilə bu media orqanının "Sputnik" kimi 10-dan artıq dildə yayılması həyati əhəmiyyət kəsb edir. Hətta təklif edərdim, belə bir media orqanının ilk xarici filialı da məhz Almaniyanın paytaxtı Berlində açılsın. İnformasiya müharibəsi bu gün də davam edir və biz ermənilərin bu işdə nə qədər aktiv olduğunu mövcud Alman-Azərbaycan münasibətlərinin gərginləşməsi fonunda da müşahidə edirik”.
-
Sosial04:14Qızıl almaq istəyənlərin NƏZƏRİNƏ: Yeni növ peyda oldu, qiyməti... - VİDEO
-
Hadisə01:41Şəkidə canavar kəndə hücum etdi - Xəsarət alanlar var
-
Yaxın Şərq01:11Bu ölkədə 30 ildən sonra ilk dəfə QAR YAĞDI - VİDEO
-
Sosial00:15Xocavənddə vəzifəli şəxs qəzada öldü
-
Qoroskop00:00Günün ULDUZ FALI - Ünsiyyətinizi diqqətlə qurun
-
Magazin220 Dekabr 23:24Yeni ev alıb ona ərə gedəcəyini ELAN ETDİ - FOTO
-
Magazin120 Dekabr 23:00Şəbnəm Tovuzlu elə rəqs etdi ki... - VİDEO
-
Sosial20 Dekabr 22:48Köhnə və yeni dövrün qarşılaşdığı yer: Bakının unikal qəsəbəsindən REPORTAJ













.jpg)













