Nida Təhlil
İƏT Azərbaycanla sıx əməkdaşlıq edir - Deputat
İslam Əməkdaşlıq Təşkilatının Təmas Qrupu üzvləri işğaldan azad olunmuş rayonlarımıza bu gün səfər edib. Onlar ermənilərin 44 günlük müharibədə və eləcə də işğal müddətində nəzarətdə saxladıqları ərazilərdə törətdikləri vəhşiliklərlə yerindəcə tanış olublar. Talan edilmiş məscidlərimizi və dağıdılmış məzarlıqları ziyarət ediblər.
Bu sözləri Publika.az-a açıqlamasında millət vəkili Ceyhun Məmmədov deyib. Deputat bildirib ki, bu səfər bir çox cəhətdən əhəmiyyət kəsb edir:
“Hadisələri media və televiziyadan baxıb izləməklə o vəhşilikləri yerində görməyin yaratdığı təəssüratlar fərqlidir. Pakistandan və digər ölkələrdən olan nümayəndələrin fikirləri artıq mətbuatda yayımlanıb və bildirilib ki, xüsusilə məscidlərin və məzarların dağıdılması İslam dini və mədəniyyətinə qarşı böyük hörmətsizlikdir. Qeyd olunub ki, Ermənistanın uzun müddət işğalda saxladığı torpaqlarda törətdiyi barbarlığı və ekoloji cinayətləri dünya ictimaiyyətinə çatdırılacaq. Bu, çox vacib missiyadır. Dünya görməlidir ki, əslində əsl barbar xalq məhz Ermənistanın özüdür”.
Millət vəkili qeyd edib ki, İslam Əməkdaşlıq Təşkilatı Azərbaycanla sıx əməkdaşlıq edir:
“Bu səfər də həmin əməkdaşlığın nəticəsidir. Qonaqlar öz ölkələrinə qayıtdıqdan sonra o dəyişikliklər barədə müasir strukturları məlumatlandıracaq. Beləliklə ermənilərin ifşası istiqamətində uğurlarımızı artırmaq imkanı əldə edəcəyik. Ümumiyyətlə, Təmas Qrupu münaqişənin həllini sürətləndirmək və böyük dövlətlərin diqqətini bu problemə yönəltmək istiqamətində hər zaman fəal rol oynayıb”.
Aytən Məftun
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi






.jpg)




























.jpg)
.jpg)
