Nida Təhlil
Koçaryanın cavab tapa bilmədiyi 30 illik “fəaliyyəti”... - Rəy
Ermənistanın sabiq prezidenti, müharibə cinayətkarı Robert Koçaryan Vladimir Poznerə müsahibəsində 30 illik dövrdə əsas nailiyyətinin nədən ibarət olduğuna dair suala cavab verməkdə çətinlik çəkib. Həmişə Azərbaycan torpaqlarının işğal edilməsi ilə öyünən və bunu erməni xalqı qarşısında öz xidməti kimi təqdim edən Koçaryan bu dəfə illərdir öyündüyü “fəaliyyəti” ilə bağlı verilən sual qarşısında aciz qalıb.
Publika.az-a danışan politoloq Natiq Mirinin sözlərinə görə, Koçaryanın keçmiş fəaliyyəti cinayətlərlə doludur və buna görə də o, bölgədə yaranan yeni reallıqdan sonra danışmaqda çətinlik çəkib: “O, Qarabağ torpaqlarının işğalında şəxsən iştirak edib və bunu özünün əlyazmalarında, verdiyi müsahibələrində də etiraf edib. Təkcə Xocalı soyqırımı ilə kifayətlənməyən Koçaryan hətta Kəlbəcərdən sonra Ağdamın işğalının necə həyata keçirilməsindən də danışıb, özünü öyüb. Onların hamısı onun müsahibələrində mövcuddur. Bunlar Azərbaycan xalqına qarşı törədilmiş soyqırımı hadisələrində bilavasitə Koçaryanın ciddi şəkildə iştirakından xəbər verir. Bu şəxs hərbi cinayətkardır və düşünürəm ki, Beynəlxalq Cinayət Məhkəməsində mütləq mənada Koçaryan haqqında iddia qaldırılmalıdır. Çünki Xocalı soyqırımını artıq bir neçə dövlətin parlamenti rəsmi olaraq tanıyıb. Bu xüsusda Koçaryan kimi cinayətkarları beynəlxalq məhkəmələrə verib hərbi cinayətkar kimi məsuliyyətə cəlb olunmasını tələb etməyə ehtiyac var. Bu gün Koçaryanın özünün verdiyi açıqlamalar və əlyazmalar da dəlil olaraq onun əleyhinə istifadə oluna bilər”.
Politoloq qeyd edib ki, Koçaryan və Sarkisyan kimiləri Qarabağ kartının, yəni yanlış ideologiyanın üzərində soyqırımı hadisələrini bir alət kimi istifadə edərək hərbi çevrilişlər vasitəsilə hakimiyyətə gəliblər: “Bu günün özündə də ortalığa çıxan nəticə ondan ibarətdir ki, erməni xalqı bütövlükdə bu yalançı ideologiya ilə aldadılmış vəziyyətdədir. Yəni əgər koçaryanların xidmət etdiyi və təbliğ etdiyi ideologiyalar doğru olsaydı, bu gün qondarma rejimin yaratdığı Dağlıq Qarabağ rejimi müstəqil subyekt olaraq dünya dövlətləri tərəfindən tanınmalı idi. Ancaq belə bir fakt ortada yoxdur. Ayrıca, işğal olunmuş ərazilər 44 gün müddətində qəhrəman Azərbaycan əsgərləri tərəfindən tamamilə azad olundu. Hətta bu gün ermənilərin yaşadığı bəzi ərazilər də bir neçə gün ərzində hərbi yolla tamamilə işğaldan azad oluna bilərdi”.
N.Miri əlavə edib ki, erməni xalqı həqiqətən də yalançı ideologiyalarla aldadılıb və bu gün onların faciəsi, eyni zamanda Qarabağda yaşayan ermənilərin faciəsi də məhz koçaryanların yalançı ideologiya üzərində qurduqları sütunla əlaqədardır: “Onlar bu gün o sütunun altında qalıblar. Çünki bu, təməlsiz ideologiyadır və erməni xalqı aldadılıb, onlara yalançı vədlər veriblər. Ancaq bu gün nəticə ondan ibarətdir ki, Qarabağ da, Ermənistan da çox sürətlə boşalır. Hazırda Ermənistanda ciddi demoqrafik problem mövcuddur. Pandemiya bitəndən sonra sərhədlər açılarsa, ermənilər sürətlə həm Ermənistandan, həm də Qarabağdan qaçacaqlar. Xüsusilə də gənclər həm ölkəni, həm də Qarabağı tərk edəcəklər. Bir neçə mindən ibarət qoca erməninin Qarabağda yaşamaq ehtimalı mövcuddur. Çünki onlar artıq Qarabağda yaşamağın perspektivini görmürlər. Bütün bunların hamısı bilavasitə Koçaryanın ayağına yazılacaq məsələlərdir. Ona görə də Koçaryan V.Poznerin sualı qarşısında aciz qaldığından tutarlı cavab verə bilməyib. Çünki siyasətdə hər şey nəticə ilə ölçülür. Bu gün isə nəticə göz qabağındadır”.
Akqabay Mıradov
-
Magazin208:55
Kıvançla xanımından Toskanada maraqlı FOTOSESSİYA
-
Nəqliyyat08:40
Bu yollarda tıxac var
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO