Koçaryanın şəxsi ambisiyalarına xidmət edən Rusiya səfəri - ŞƏRH
Bizi izləyin

Nida Təhlil

Koçaryanın şəxsi ambisiyalarına xidmət edən Rusiya səfəri - ŞƏRH

"Ermənistanda növbədənkənar seçkinin elan olunmasının ardınca Ermənistanın sabiq və indiki rəhbərləri tez əl-ayağa düşərək yenə də mədəti xalqdan yox, kənardan umur. Belə ki, Ermənistanın sabiq prezidenti Robert Koçaryanın Ermənistandakı seçkiqabağı kampaniyasına Rusiyadan başlamasını analiz etsək əvvəla qeyd etməliyik ki, bu ölkə, onun fiqurları müstəqil xarici siyasət yürütməkdən, seçkidə öz xalqının səsinə güvənməkdən o qədər acizdirlər ki, pənahı yenə kənarda axtarır, aqibətlərinin, iplərinin başqalarının əlində olduğunun acı reallığını bilirlər. Bu səfərin cəllad Koçaryanın şəxsi ambisiyalarına xidmət etdiyi faktı bir daha məlum oldu".

Bu fikirləri Publika.az-a Ermənistanın sabiq prezidenti, müharibə cinayətkarı Robert Koçaryanın Vladimir Poznerə verdiyi müsahibəsini şərh edən politoloq Şəbnəm Həsənova deyib.

Politoloq qeyd edib ki, müsahibənin efirə getməsi ilə bağlı pərdəarxası məqamlar xəbər verir ki, verilişin efirə getməməsi üçün Paşinyan komandasının Rusiyanın "Birinci kanal"ı ilə danışıqları səmərəsiz qalıb6 "Eyni zamanda, Poznerin Koçaryan haqqında Ermənistanın ikinci, Dağlıq Qarabağın isə birinci prezidenti kimi təqdimat verərək verilişə başlaması göstərir ki, Rusiyanın rəsmi və hakimiyyətyönlü mediası rəsmi Moskvanın, Prezident V.Putinin mövqeyinə zidd təbliğat aparır. Koçaryan özü çox gözəl bilir ki, rəsmi Moskvanın 10 noyabr ərəfəsində tutduğu mövqe dəyişməzdir. Bu səbəbdən əli günahsız insanların qanına batmış cəllad Koçaryan seçkiqabağı dövrdə revanş haqqında məsələləri "kənara qoymağa", özünü guya "siyasi dialoq tərəfdarı kimi" yeni siyasi cilddə təqdim etməyə çalışır. Əslində isə Koçaryanın nə qədər hiyləgər siyasətçi olduğu veriliş boyu üzündə əks olunmuşdu. Belə ki, Koçaryan hazırda "10 noyabr bəyanatı"nın tətbiq edilməməsi üçün Ermənistanda revanşizmi alovlandırmağa çalışır".

Ş.Həsənovanın sözlərinə görə, müharibə cinayətkarı R.Koçaryan V.Poznerə müsahibəsində 30 illik dövrdə əsas nailiyyətinin nədən ibarət olduğuna dair suala cavab verə bilmədi. Politoloq bunu birmənalı olaraq Koçaryanın hər zaman Dağlıq Qarabağ da daxil olmaqla Azərbaycan torpaqlarının işğal edilməsi, günahsız insanların qətlə yetirilməsi ilə qürurlanması və bunu erməni xalqı qarşısında öz xidməti kimi təqdim etməsi, lakin 44 günlük Vətən müharibəsində Azərbaycanın qələbə qazanması ilə bölgədə yeni reallığın yaranması ilə əlaqələndirib:

"Koçaryan hakimiyyətdə olduğu zaman çərçivəsində və ondan sonrakı məqamlarda öz adını ermənilik ideologiyasına böyük hərflərlə yazdırmağa çalışıb. Faşist ideologiyasını təbliğ edərək özünü Qaregin Njde ilə müqayisə etdirib, erməni xalqı qarşısındı guya tarixi missiya yerinə yetirməklə fəxr edib. Koçaryan Njdeni, özünü nümunə gətirərək erməni gənclərinin, gələcək nəsillərin qarşısında vəzifələr müəyyənləşdirirdi. 44 günlük müharibədə Prezident İlham Əliyev sadəcə Paşinyanı, Ermənistanı diz çökdürmədi. Uzun illər Ermənistana rəhbərlik etmiş, torpaqlarımızı işğal etmiş, Azərbaycan xalqına qarşı Xocalı soyqırımını törətmiş cəlladlara, cinayətkarlara - Koçaryana və Sarkisyana da dərs verdi, onların ordusunu məhv etdi. Prezident İlham Əliyevin qətiyyətindən, əzmindən, şanlı Azərbaycan Ordusunun gücündən qorxan Koçaryan və Sarkisyan bir dəfə də olsun Qarabağ ərazisinə heç burunlarını belə soxa bilmədilər, qaçdılar. Döşlərinə taxdıqları saxta "qəhrəman" ordenləri, dəmir-dümürləri də köməklərinə gələ bilmədi. Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi Koçaryanı "0 nöqtəsi"nə qaytardı. Artıq onun deməyə sözü yoxdur".

Politoloq əlavə edib ki, müsahibəsində "xəyanəti bağışlamıram" deyən Koçaryan Ermənistanın hazırda düşdüyü durumu tamamilə Paşinyanın ayağına yazır: "Lakin Koçaryan unudur ki, ordu quruculuğuna uzu illər sərf olunur. Paşinyanın hakimiyyətdə olduğu iki illik zaman kəsiyində ordu quruculuğu ilə məşğul olması absurddur. Ermənistanın ordusu elə Koçaryan rejimin hakimiyyəti illərində qurulub, o rejim, o ordu ki, qonşu dövlətin ərazisini işğal edib. Təbii ki, Koçaryanın bu addımı bütün günahı Paşiyanın üstünə atmaqla guya özünü erməni xalqını düşünürmüş kimi qələmə verməsindən irəli gəlir. Əslində isə, hər kəsə məlumdur ki, bu səfər Koçaryanın hakimiyyətə gəlmək istəməsi üçün onun şəxsi ambisiyalarına xidmət edir. Bildirir ki, hazırki hakimiyyət müharibə zamanı "irəli gedirik" deməklə bütün müharibə boyu xalqı aldadıb".

Ş.Həsənova vurğulayıb ki, Koçaryan müharibə vaxtı bir dəfə də olsun xalqına düzgün məlumat verməyibsə deməli, onun özü də xalq xainidir: "Koçaryan isə Paşinyanın Rusiyaya xəyanət etdiyini göstərməklə, özünün Rusiyaya sədaqətini sübut etməyə getmişdi. Beləliklə də, bulanıq bir məqam yaradaraq guya öz ağlı ilə qeyd edir ki, revanşist ideyası yoxdur, hazırda da Ermənistanın müharibə aparacaq ordusu mövcud deyil, beləliklə də arada qazanc əldə edərək Rusiyadan dəstək alaraq yenidən hakimiyyətə gəlmək eşqi ilə yaşayır. Buna görə də hər vəchlə Rusiyadan bərk əllə yapışır".

Akqabay Mıradov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm