Nida Təhlil
Prezidentin cavabları onları düşündürməlidir - Məlahət İbrahimqızı
"Qürurvericidir ki, bu gün Cənubi Qafqazın yeni reallıqları ilə bağlı bölgə və beynəlxalq mətbuatın gündəmi ancaq möhtərəm Prezidentimiz İlham Əliyevin fikirləri və çıxışları əsasında müəyyənləşdirilir".
Bunu Publika.az-a açıqlamasında millət vəkili Məlahət İbrahimqızı deyib. Deputat bildirib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində Milli Ordumuzun əldə etdiyi misilsiz zəfər dünyanın ən önəmli geosiyasi əhəmiyyətli bölgəsi olan Cənubi Qafqazda yeni reallıqlar yaratdı:
"Şəhid qanı ilə yazılan tariximizin bu parlaq səhifələri bu gün hər birimizin qürur mənbəyimizdir. Bu zəfər ən azı bu coğrafiyanın və bu coğrafiyanın daimi əhalisinin zaman-zaman qədərini qəddarcasına və amansızcasına dəyişən qüvvələr üzərində qazanılmış bir qələbədir. Bu mənada müharibənin başladığı ilk gündən bugünədək Cənubi Qafqazla bağlı istər bölgə, istərsə də beynəlxalq mətbuatın gündəmi ancaq Prezident İlham Əliyevin fikirləri və çıxışları əsasında müəyyənləşdirilir. Ölkə başçısının istər dünyanın nüfuzlu media təmsilçilərinə verdiyi mesajlarda, istərsə də xarici ekspert və düşüncə quruluşları ilə keçirilən konfranslarda beynəlxalq ictimaiyyət bunun bir daha şahidi oldu. Dövlət başçımızın ona ünvanlanan obyektiv və qərəzli suallara yüksək diplomatik və zəngin dövlətçilik təcrübəsinə, tarixi dəlillərə və beynəlxalq hüquqa əsaslanmış cavabı hələ də media və sosial şəbəkələrdə müzakirə edilir".
Deputat hesab edir ki, bugünlərdə ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda Prezident İlham Əliyevin dünyanın tanınmış düşüncə quruluşlarının təmsilçilərinin suallarına verilən cavabı uzun zaman dünya mediasının, eləcə də beynəlxalq təşkilatların gündəmində qalacaq:
"Möhtərəm Prezidentimizin hər suala verdiyi cavabı Azərbaycan xalqının qazandığı ədalətli zəfəri və eləcə də bölgədə yaranmış yeni reallıqları qəbul etmək istəməyən qüvvələri gec- tez bu reallıqları qəbul etməyə məcbur edəcək. Onun güclü arqumentlər və qətiyyətlə səsləndirdiyi bu cavablar həm də bugünədək Azərbaycan xalqının haqlı davasına, onun otuz il ərzində məruz qalmış olduğu işğala göz yuman, təcavüzkarı dəstəkləyən qüvvələrin ədalətsiz, laqeyd, ikili standartlarla yanaşanların əsil mahiyyətinin ifşası idi. Sözsüz ki, qalib Prezidentimizin bütün cavablarında həm hüququn, həm də gücün hüququ özünü büruzə verirdi. Bu cavablar indiyədək təcavüzkar Ermənistanı dünyada yazıq, məzlum və sülhməramlı kimi təqdim etməyə çalışmış qüvvələrə işğalçı dövlətin iç üzünü sübutlarla ifşa edirdi.
Prezident İlham Əliyev Ermənistanın münaqişənin həllində heç vaxt maraqlı olmadığını bilmək istəyən erməniyanlı beynəlxalq təşkilatlara və qüvvələrə, onların işğal etdikləri Azərbaycan ərazisində milyonlarla dollar vəsait xərcləyərək qurduqları nəhəng istehkamlara, müdafiə xətlərinə baxmalarını tövsiyə edir".
Məlahət İbrahimqızının fikrincə, bu cavablar vasitəsilə Ermənistanın I Qarabağ müharibəsindən Vətən müharibəsinin son gününədək müharibə cinayətləri törətməsinə dünya birliyinin susqun qalmasının Azərbaycan ictimaiyyəti tərəfindən qəbuledilməz olduğu vurğulanırdı:
"Bu mənada müharibə zamanı beynəlxalq ictimaiyyət ballistik raketlərdən istifadə edərək, mülki əhalini hədəfə almaqla Gəncə, Tərtər, Naftalan və Bərdədə törədilmiş terror aktlarının nümunəsində bir daha erməni vəhşiliyinin şahidi oldu. Ümumiyyətlə, son iki yüz il ərzində ermənilər tərəfindən törədilmiş cinayətləri, xüsusən də mülki əhaliyə qarşı törədilmiş cinayətləri təhlil etsək, erməni siyasətinin hansı xislətə malik olduğunu görərik. Günahsız mülki insanların acımadan yandırılması və öldürülməsi, Allahın yaratmış olduğu flora və faunanın barbarcasına məhv edilməsi bəşəriyyətə qarşı törədilən cinayətlərdir və bu cinayətlər cəzasız qala bilməz. Hesab edirəm ki, ADA Universitetində keçirilən beynəlxalq konfransda Prezident İlham Əliyevin ona ünvanlanan suallara cavabı beynəlxalq təşkilatları, ermənipərəst dövlətləri, eləcə də erməni diasporunu düşündürməli və təcavüzkar Ermənistana qarşı yürütdükləri yanlış siyasəti tarixi gerçəkliklər və beynəlxalq hüquq çərçivəsində yenidən formalaşdırmalıdırlar".
Tural Turan
-
İKT05:15
“WhatsApp”da çoxdandır gözlənilən YENİLİK
-
Sosial03:35
“TikTok”da canlı açıb qumar oynayırlar - VİDEO
-
MDB03:19
Şoyqu "Taliban"a görün nə hədiyyə etdi
-
MDB02:44
"Bütün qırmızı xətləri keçdilər" - Medvedev
-
ABŞ01:55
ABŞ-dan Rusiyanı qəzəbləndirəcək ETİRAF
-
Nida Xəbər 01:50
Düşmənin gizli postu - VİDEO
-
Qoroskop01:15
Günün qoroskopu: Uzaq yoldan və ağır fiziki işdən imtina edin
-
Dünya00:55
Türkiyədə neft emalı zavodunda PARTLAYIŞ