Nida Təhlil
“Kommersant” Ermənistana “İsgəndər-M” raketlərinin verildiyi haqda nə yazmışdı...
Azərbaycan rəhbərliyi və ictimaiyyəti 44 günlük İkinci Qarabağ müharibəsi zamanı tətbiq edilən və qalıqları Şuşa ətrafında tapılan “İsgəndər-M” raketlərinin (9М723) Ermənistana necə gedib çıxdığı barədə Rusiyadan izahat gözləyir.
Prezident İlham Əliyev son günlər bu barədə iki dəfə publik bəyanatlar səsləndirib, ADA Universitetində keçirilən beynəlxalq konfransda deyib ki, məsələni aprelin 1-də Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı zamanı qaldırıb, izahat istəyib. Habelə Azərbaycan Müdafiə Nazirliyi Rusiya Müdafiə Nazirliyinə rəsmi məktub göndərərək ixrac üçün nəzərdə tutulmayan operativ-taktiki raketlərin Ermənistana necə gedib çıxmasına izahat verməyə çağırıb. Lakin hələ Rusiya tərəfindən cavab yoxdur. Hərçənd Putinin sözçüsü Dmitri Peskov bildirib ki, məsələni iki ölkə hərbçiləri “sıx dialoqun gedişində” müzakirə edirlər.
Əslində isə Ermənistana məhz “İsgəndər-M” raketlərinin verilməsi Rusiya mənbələri tərəfindən hələ 3 il əvvəl-2018-ci ildə Nikol Paşinyanın Moskvaya səfəri ərəfəsində mətbuata sızdırılmışdı. “Kommersant” qəzeti Rusiya hərbi-sənaye kompleksindəki mənbələrə istinadən yazmışdı ki, Ermənistana 2016-cı ildə bir diviziyon “İsgəndər-M” operativ-taktiki raket kompleksi (9М723 raketləri ilə) verilib.
Qəzet Rusiyanın Ermənistana ayırdığı güzəştli silah kreditləri barədə bəhs edərək yazırdı ki, 2016-cı ildə, Qarabağda vəziyyət kəskinləşəndə Yerevan onlarla “Smerç” reaktiv-yaylım atəşi sistemləri, “İqla-S” daşınan zenit-raket kompleksləri, “Avtobaza-M” radioelektron mübarizə sistemləri (cəmi 200 milyon dollarlıq müqavilə) alıb.
“Bundan əlavə, hərbi-texniki əməkdaşlıq sferasındakı mənbə “Kommersant”a bildirib ki, 2016-cı ildə Ermənistan bir diviziyon “İsgəndər-M” operativ-taktiki raket kompleksləri (9М723 raketləri ilə) alıb. Mənbə etiraf edir ki, de-yure bu, raket texnologiyalarının yayılması barədə müqaviləni pozur, çünki həmin raketlərin mənzili ixrac üçün icazə verilən 300 kilometrdən çoxdur. Lakin Moskvada bu addıma məcburən gediblər: operativ-taktiki raket kompleksləri Ermənistana daha böyük hücum silahları potensialına malik olan Azərbaycanla hərbi pariteti dəstəkləmək üçün təcili lazımdır. “İsgəndər-E” ixrac modifikasiyasının hazırlanmasına zaman tələb olunur, hansı ki, Bakı Dağlıq Qarabağda hücuma keçəcəyi halda belə zaman yox idi”,-qəzet 2018-ci il sentyabrın 8-də dərc edilmiş məqaləsində bildirir.
Qəzet əlavə edirdi ki, Ermənistan hakimiyyətinin addımları Rusiya məmurları tərəfindən heç də həmişə anlaşılmasa da silah əməkdaşlığını kəsməyə heç kim hazırlaşmır. “Biz gedən kimi yerimizi başqaları tutacaq. Və belə addımın nəticələrini bizim hamımız hiss edəcəyik”,-rusiyalı hərbi mənbə o vaxt belə deyib.
Göründüyü kimi, “İsgəndər-M” raketləri Ermənistana heç də təsadüfən gedib çıxmayıb və mənzili 300 kilometrdən çox olan raketlərin yayılmasını qadağan edən beynəlxalq müqavilənin ziddinə olaraq bu ölkəyə ötürülüb. Əlbətdə, Azərbaycan tərəfində hələ o vaxtdan Ermənistana bu raketlərin verildiyi haqda şübhələr var idi, amma indi dəlillər açıq-aşkar ortadadır və rəsmi Bakının izahat tələb etmək üçün tam qanuni əsasları var. (virtualaz.org)
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO