Nida Təhlil
Prezident ermənilərin terrorçu xislətini yenidən ifşa etdi – Deputat
“Azərbaycan Prezidenti İlham Əliyev ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransda ermənilərin barbarlıq, terrorçu xislətini yenidən ifşa etdi”.
Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Pərvin Kərimzadə deyib. Millət vəkili bildirib ki, ölkə başçısı gecə vaxtı Gəncə şəhərinə qarşı ballistik raketdən istifadənin ermənilərin barbarlığını açıq-aydın nümayiş etdirdiyini vurğuladı: “Bu ballistik raketin hədəfi var idi. Onun yaşayış yerinə düşməsi təsadüf deyil. Bu, insanların gecə yatdığı vaxt həyata keçirilən məqsədli hücum idi və hərbi əməliyyatlardan uzaqda yerləşən Gəncə bir neçə dəfə raket hücumuna məruz qaldı. Ümumiyyətlə, müharibə dövründə Azərbaycanın müxtəlif şəhərləri hər hansı legitim hədəflər müəyyənləşdirilmədən raket zərbələrinə məruz qalırdı. Burada da yalnız bir məqsəd var idi – mülki insanları öldürmək, onlar arasında maksimum dərəcədə tələfata nail olmaq, təşviş, qorxu yaratmaq”.
Pərvin Kərimzadə söyləyib ki, beynəlxalq hüquq və sənədlərə görə, ermənilərin müharibə zamanı mülki əhaliyə qarşı etdikləri terrordur: “Dinc əhalini, mülki vətəndaşları atəş altında saxlayan erməni hərbçiləri Azərbaycanın döyüş bölgəsindən xeyli kənarda yaşayan insanları məqsədli şəkildə hədəfə alaraq terrorçu mahiyyətlərini bir daha təsdiq etdilər. Müharibə zamanı beynəlxalq ictimaiyyət erməni barbarlığının şahidi oldu”.
Deputat bildirib ki, Azərbaycan müharibə dövründə də məsuliyyətli ölkə kimi davranmağı bacardı: “Azərbaycan XXI əsrin müharibəsini aparmaqla yanaşı, mənəviyyat müharibəsi də aparırdı. Müharibə zamanı hərbi qulluqçularımız ləyaqətlə davrandılar və mülki vətəndaşlara zərər yetirmədilər. Azərbaycan haqq mübarizəsi apardı, tarixi ədaləti bərpa etdi. Tarixin şərəfli anlarını yaşadığımız dövrdə bir daha əmin olduq ki, müstəqilliyimiz əmin əllərdədir, xalqımızın milli birliyi sarsılmazdır”.
Tural Turan
-
Hadisə09:45Azərbaycandan qaçan məktəb direktoru Türkiyədə tutuldu
-
MDB09:13Rusiya ordusunda qalmaqal və arvad xəyanəti: Məşhur pilot intihar edib?
-
Ekopublika.az08:37Bir sıra dövlətlərin mərkəzi bankları qızıl ehtiyatlarını azaltmağa başladılar - Nə baş verəcək?
-
MDB07:15Rusiyada miqrantlarla bağlı sərt qərar
-
Avropa05:45Aİ ölkələri qənaət rejiminə keçməli olacaq - Xəbərdarlıq
-
ABŞ05:15İranın 10 gəmisi ABŞ-ın blokadasını yarmağa çalışdı
-
Qoroskop01:40Günün ulduz falı: Maliyyədə gizli imkanlar üzə çıxacaq
-
Region15 Aprel 21:37Məktəbdə qətliam törədən yeniyetmənin fotosu



































