Nida Təhlil
Prezidentin aqrar sektora diqqəti təsadüfi deyil - Rəy
“Aqrar təsərrüfatın inkişafı Azərbaycan xalqının qədim mədəni irsidir. Ölkə Prezidentinin Azərbaycan iqtisadiyyatının şaxələnməsində məhz aqrar sektora böyük diqqət yetirməsi təsadüfi deyil”.
Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Asim Mollazadə ölkə başçısının Hacıqabula səfəri və səfər çərçivəsində fermerlərlə görüşdə səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib. Deputat qeyd edib ki, bu sahə Azərbaycan iqtisadiyyatının təməl xəttinə çevrilə bilər:

“Həmin istiqamətdə məhz əsas yol fermer təsərrüfatlarının inkişafından keçir. Eyni zamanda, Azərbaycan fermerlərinin bu istiqamətdəki əməyini də xüsusi qeyd etmək lazımdır. Dövlət tərəfindən onlara dəstək verilir. Son vaxtlar Prezident fermer təsərrüfatlarının su ilə təminatına xüsusi diqqət yetirir. Yəni suvarmanın daha da təkmilləşdirilməsi və bu istiqamətdə yeni texnologiyaların istifadəsi ilə bağlı çox ciddi qərarlar qəbul etdi”.
Asim Mollazadə ümidvardır ki, fermer təsərrüfatlarını bir çox istiqamətlərdə - yeni gübrələrlə, müvafiq kreditlərlə dəstəkləyərək biz ölkə iqtisadiyyatının çox mühüm bir sahəsini gücləndirə bilərik:
“Bu, ölkəmizin, xalqımızın rifahı üçün vacib amildir. Bununla yanaşı, Azərbaycan dövləti xalqımızın bu qədim mədəni irsinin daha da inkişaf etdirilməsinə mühüm töhfə verəcək”.
Tural Turan
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi






.jpg)




























.jpg)
.jpg)
