Nida Təhlil
Ermənistan siyasətinin mərkəzində terrorçuluq dayanır - Cavid Osmanov
“Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində Ermənistan ordusunu tamamilə darmadağın etdi. Onlar 30 il ərzində torpaqlarımızı işğal etməklə yanaşı, öz ordularının “məğlubedilməzliyi” ilə bağlı mif yaratmışdılar. Müzəffər ordumuz onların “məğlubedilməz ordu” mifini tamamilə qırdı. Bundan sonra Ermənistanın daxilində bütün sahələrdə böhran başladı”.
Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib. Millət vəkili bildirib ki, onsuz da acınacaqlı vəziyyətdə olan Ermənistan müharibədən sonra daha rəzil duruma düşüb:
“Ölkədə bütün sahələrdə (sosial, siyasi, iqtisadi, hərbi) dərin böhran başlayıb. Bu gün Ermənistanda revanşist düşüncə ilə yaşayanların sayı çoxdur. Əlbəttə ki, bu, bölgə üçün çox təhlükəli bir haldır. Çünki Ermənistan bölgədə həm separatizmin, həm də terrorizmin yayılmasını və inkişaf etdirilməsini həyata keçirən bir ölkədir. Ermənistan siyasətinin mərkəzində terrorçuluq və separatizm dayanır. Hətta konstitusiyalarında digər ölkələrin torpaqlarına da iddialar öz əksini tapıb. Bu, eyni zamanda hazırda rəzil durumda olan Ermənistanın özü üçün çox böyük bir təhlükədir. Çünki bu cür təxribatlar, ümumilikdə, Ermənistandakı bugünkü vəziyyət, tamamilə dağıdılmış ordu qalıqları ayrı-ayrı klanların əllərində bir alətə çevrilib. Fərqli-fərqli siyasi məqsədlər üçün istifadə edilirlər. Onların bir hissəsi hakimiyyətə tabedir, bir hissəsi isə müxalifətlə əlbirdir. Digər hissəsi hərbi çevriliş etmək istəyirdi. Əlbəttə, bütün bunlar Ermənistanın daxilindəki xaosun, anarxiyanın, böhranların əyani sübutudur”.
Deputatın fikrincə, bu ölkədə revanşist meyllər artarsa, bu, Ermənistanın sonuna gətirib çıxara bilər:
“Onlar ilk növbədə 44 günlük Vətən müharibəsini heç zaman unutmamalıdırlar. Ermənistanın bu gün yeganə çıxış yolu Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılmasından keçir. Onlar çalışmalıdırlar ki, ilk növbədə Bakı və Ankara, daha sonra regionun digər mərkəzləri ilə münasibətləri normallaşdırsınlar. Bunun üçün onlar var gücləri ilə çalışmalıdırlar. Əks təqdirdə, yəni 10 noyabr bəyanatının müddəaları icra olunmasa, bu, ilk növbədə Ermənistanın özünün məhvidir. Ermənistan onsuz da dalan dövlət kimi burada qalıb. Onun dalan vəziyyətinə düşməsinə səbəb vaxtilə Azərbaycan torpaqlarını işğal etməsi idi. Onu dalan vəziyyətinə məhz Azərbaycanın düşünülmüş strategiyası salıb. Digər tərəfdən, onlar revanş hissi ilə yaşayırlarsa, ilk növbədə öz imkanlarını hesablamalıdırlar. Bir daha təkrar edirəm, bu gün Ermənistanın nə siyasi, nə iqtisadi, nə də hərbi gücü var. Hazırda onlar çox rəzil bir durumdadırlar. Ermənilər hər hansı revanş düşüncəsinə qapılarsa, indiki vəziyyətlərindən qat-qat ağır duruma sürüklənəcəklər. Hətta Ermənistan öz xalqını bununla geri dönüşü olmayan bir fəlakətə apara bilər”.
Tural Turan
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO
-
MDB22 Noyabr 21:51
Bu şəxslər Rusiya vətəndaşlığından məhrum ediləcəklər - Sabahdan...