Nida Təhlil
Heydər Əliyev dilimizin böyük hamisi idi - Akademik
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev dilimizin böyük qayğıkeşi və hamisi idi. O, gözəl bilirdi ki, dil xalqın ən böyük milli-mənəvi sərvətidir. Dil xalqın varlığıdır, həm də birbaşa azərbaycançılıqla bağlıdır. Hələ hakimiyyətinin birinci dövründə, 1969-cu ildən başlayaraq dilimizin inkişafına xüsusi diqqət yetirirdi. Dilimizin dövlət dili səviyyəsinə yüksəlməsi üçün bir sıra tədbirlər görürdü.
Bu sözləri Publika.az-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu deyib. Akademik bildirib ki, 1978-ci ilin 27 aprelində qəbul edilmiş Azərbaycan SSR-in Konstitusiyasına dilimizlə bağlı xüsusi maddənin daxil olması mühüm hadisə idi:

“Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dili idi. Bu, asan məsələ deyildi. Konstitusiyaya belə bir maddənin daxil edilməsi böyük qətiyyət və cəsarət tələb edirdi. Ulu öndərimiz bilirdi ki, dil birbaşa millilik və vətənpərvərliklə bağlıdır. O, deyirdi ki, hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan və inkişaf etdirən onun dilidir. Xüsusilə qurucusu olduğu Azərbaycan Respublikasının rəhbərliyi dövründə ulu öndər Heydər Əliyevin dilimizin dövlət dili səviyyəsinə yüksəlməsi ilə bağlı gördüyü tədbirlər olduqca əhəmiyyətlidir. Onlar sırasında 2001-ci il 18 iyunda qəbul edilmiş “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” fərmanı xüsusi olaraq qeyd etmək lazımdır. Bu fərmanda həqiqətən müstəqil Azərbaycan Respublikasının dövlət dilinin tətbiqinin genişlənməsi ilə bağlı bir sıra tədbirlər görüldü. Dilimiz dövlət səviyyəsinə yüksəldi. Eləcə də 2001-ci il avqust ayının 8-də xüsusi fərmanla Azərbaycanda Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü təsis edildi. 30 sentyabr 2002-ci il tarixli fərmanla Azərbaycan Respublikasında dövlət dili haqqında Azərbaycan Respublikasının qanunu yaradıldı.
Bütün bunlar ulu öndərin dövlət quruculuğu siyasətində ana dilinə nə dərəcədə böyük əhəmiyyət verdiyini açıq şəkildə sübut edir. Ümummilli liderin layiqli varisi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dövlət quruculuğu siyasətində də ana dili məsələsi həmişə diqqət mərkəzində olub. Onlar sırasında birini xüsusilə qeyd etmək istərdim. 9 aprel 2013-cü il tarixli sərəncamla tətbiq edilmiş Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə inkişafına dair dövlət proqramı xüsusi yer tutur. Ölkə Prezidenti həm də çıxışlarında dilimizin saflığı ilə bağlı narahatlığını da bildirirdi.
Hələ 2015-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının 70 illik yubileyindəki çıxışında dilimizə xüsusi diqqət yetirdi. O söylədi ki, dilimiz o qədər zəngindir ki, əcnəbi kəlmələrə ehtiyac yoxdur. Mədəniyyət naziri Anar Kərimovu videoformatda qəbul edərkən də ölkə Prezidenti dilimizə böyük dəyər verdiyini bir daha göstərdi. Qeyd etdi ki, əsrlər boyu bizi bir xalq kimi qoruyub saxlayan ana dilimizdir. Eyni zamanda, dövlət başçısı dilimizin saflığının qorunması ilə bağlı fikirlərini diqqətə çatdırdı. Bir vəzifə olaraq hər bir vətəndaşa tapşırdı ki, dilimizin saflığını qorumalıyıq. Çünki dil xalqın sərvətidir”.
Aytən Məftun
-
Dünya07:47Qocalar evində FACİƏ: 10 nəfər öldü, 20-yə yaxın yaralı var
-
Magazin106:16Oğlu Zaura ŞƏRT QOYDU: "Səhnəni tərk edəcəyəm" - VİDEO
-
Hadisə05:45Bakıda avtobus bir neçə maşını əzib obyektə çırpıldı - VİDEO
-
Magazin103:43Toya gecikən Afət görün məclisə hansı geyimdə gəldi - VİDEO
-
ABŞ02:12ABŞ TƏŞVİŞ İÇİNDƏ - Sərnişin təyyarəsi hədəfə alındı, hava limanı bağlandı
-
İdman00:30“Qara bazar”dan şikayətlənirdi, özü də saxlanıldı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Gözlənilməz bir dərinliklə qarşılaşacaqsınız
-
Nida Xəbər 4 Noyabr 23:24Sabiq nazir Koçaryanla bağlı faktları AÇIQLADI: "Xüsusi hazırlıq keçmiş agent olub" - VİDEOİ



































