Nida Təhlil
Njdenin heykəli Qarabağla yanaşı, İrəvandan da götürülsün - Birlik rəsmisi
“Azərbaycanlı əhaliyə qarşı Zəngəzurda qətliamlar törətmiş, faşizmin üzdəniraq nökəri Qaregin Njdenin heykəlinin bu gün rus sülhməramlılarının da olduğu Qarabağda - Xocavənd rayonunda olması məlumdur. Bu caninin heykəli təcili olaraq həm Qarabağdan, həm də İrəvandan götürülməlidir”.
Bunu Publika.az-a açıqlamasında Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sözçüsü Xaqani Rzaquliyev deyib.
O bildirib ki, Qarabağda quldur rejimin tör-töküntüsünün mətbuat katibi Xocavənddəki Njde abidəsinin sökülməsi barədə xəbərləri şayiə adlandırıb: “Ermənilər daha əvvəl yalan informasiya yaydılar ki, guya heykəl oradan götürülüb və faktiki olaraq foto da paylaşmışdılar. Sonradan məlum oldu ki, onlar bunu qəsdən ediblər ki, biz iddialarımızdan geri çəkilək. Ancaq bu gün yenidən o informasiyanı Araik Arutyunyanın mətbuat katibi Lusine Avanesyanın adı ilə verirlər ki, heykəl yerindədir və heç bir köçürülmə prosesi baş verməyib. Biz veteranlar adından aidiyyəti üzrə müraciətlərimizi etmişik ki, bu biabırçılığa son qoyulsun. Sülhməramlılara da müraciət etmək lazımdır ki, faşistin abidəsi bizim ərazilərdən götürülsün. Njde faşist nökəri olmaqla yanaşı, həm də bizim xalqa qarşı törədilən soyqırımıda əli olan bir cinayətkardır. Zəngəzur bölgəsində Njdenin törətdiyi qətliamlar faktlarla, sübutlarla durur”.
Birlik rəsmisinin sözlərinə görə, abidənin Qarabağdan götürülməsi ilə bağlı Rusiya Prezidenti Vladimir Putinə də müraciət göndərilib. X.Rzaquliyev hesab edir ki, Njdeyə ucaldılan abidə təkcə Qarabağdan deyil, eyni zamanda İrəvandan da götürülməlidir: “Əgər Rusiya bu gün faşizm üzərində qələbəni qeyd edirsə, faşistin heykəlinin Ermənistanda ucaldılmasına göz yummamalıdır. Buna yəqin ki, münasibət bildirəcəklər. Njdenin faşist nökəri olması, Rusiyada həbsdə olması hər kəsə məlumdur və bununla bağlı bütün faktlar Rusiyada da var. Ölü bir faşistə heykəl qoymaq nə dərəcədə düzgündür?! Faktiki olaraq həm də Rusiya və Ermənistan birgə əməkdaşlıq müqaviləsi olan ölkələrdir. Ona görə də bu məsələ tezliklə həllini tapmalı, faşistin heykəli həm Qarabağdan, həm də İrəvandan götürülməlidir”.
Qeyd edək ki, Moskva vilayətindən olan Müharibə və Əmək Veteranları Şurası Qarabağda nasist Njdeyə ucaldılmış abidənin götürülməsi ilə bağlı Rusiya rəhbərliyinə müraciət edib.
Akqabay Mıradov
-
Ekologiya12:51Leysan yağacaq, şimşək çaxacaq - Sabahın hava proqnozu
-
Nida Xəbər 12:32Azərbaycan Prezidenti: Ermənistanın etirafına görə, onların ordusunda 12 minə yaxın fərari oldu
-
Nida Xəbər 12:26Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - Video(Yeniləndi)
-
Nida Xəbər 12:23Prezident: Biz qurub-yaradan xalqıq!
-
Səhiyyə11:27Vətən müharibəsi iştirakçılarına 879 min 232 ambulator xidmət göstərilib
-
Müsahibə10:33Zəfərdən sonra Azərbaycanın qarşısında açılan yeni imkanlar: Qarabağın aqrar potensialı...
-
Region10:25Türkiyə XİN Azərbaycanı təbrik etdi
-
Nida Xəbər 09:51Dövlət və hökumət rəsmiləri Zəfər Tağı abidəsini ziyarət etdilər






































.jpg)

