Nida Təhlil
Paşinyanın Avropa seçimi və Ermənistanda “ikinci Ukrayna” ssenarisi – TƏHLİL
Ermənistanın baş naziri Nikol Paşinyan Brüsseldə keçirilən Avropa Birliyinin Genişlənməsi Sammitində ölkəsinin 2027 və ya 2028-ci ildə AB-yə üzvlüklə bağlı rəsmi müraciət edəcəyini bildirdi. Bəyan etdi ki, əvvəllər AB-nin genişlənməyə hazır olub-olmaması ilə bağlı şübhələr var idi, lakin indi genişlənməyə güclü siyasi iradənin mövcudluğuna dair əlamətlər görünür.
Paşinyan bir neçə ay öncə Rusiyanın “Avrasiya İqtisadi İttifaqı və Avropa Birliyi arasında seçim” tələbinə cavab olaraq, AB-yə üzvlüyün hələ aktual olmadığını bəyan etmişdi. Brüsseldə verdiyi son açıqlaması isə Ermənistanın geosiyasi kursunun Qərbə doğru dəyişdiyini rəsmi şəkildə bəyan edilməsi hesab oluna bilər.
Bu seçim Ermənistanın “ikinci Ukraynaya” çevrilməsi təhlükəsinin başlanğıcı kimi qiymətləndirilir, xüsusilə rusiyalı siyasətçilər tərəfindən. Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Ermənistanın Qərbə inteqrasiya kursunu “Ukraynalaşma” kimi şərh edir və İrəvana “Ukraynanın taleyini təkrarlamaq” təhdidini ünvanlamaqdan çəkinmir. Rusiya rəsmilərinin mövqeyi belədir ki, Qərbin təhlükəsizlik təminatı vermədən Ermənistanı öz yanına çəkməsi onu geosiyasi poliqona çevirə bilər.
Bu yanaşmanı Ermənistan üzərində Qərb-Rusiya qarşıdurmasının təzahürü kimi qiymətləndirmək olar. Hərçənd, gözümüzün önündəki real nümunələr – Gürcüstan və Ukrayna təcrübəsi Ermənistan üçün acı presedentdir. Gürcüstan Qərbin vədləri ilə Rusiya ilə qarşıdurmaya getdi, nəticədə torpaqlarını itirdi və uzun müddət geosiyasi toqquşmada poliqon kimi istifadə edildi. Bu prosesdə əsas dərs Qərbin siyasi-hərbi vədlərinin ritorikadan ibarət olduğu, real dəstəyə gəldikdə, geri çəkildiyi təcrübəsidir. Ukrayna müharibəsi başladıqdan sonra Qərb Gürcüstanı yenidən Rusiyaya qarşı cəbhə kimi istifadə etmək istəyirdi, lakin Tbilisi keçmiş təcrübəyə əsasən buna getmədi və özünü qoruya bildi. Hazırda Gürcüstan öz maraqlarından yana seçim etdiyi üçün Qərbin təzyiqi ilə üz-üzə qalıb. Misal üçün, Avropa Birliyi Gürcüstanla viza rejimini sərtləşdirmək planı ilə təhdid edir. Ən ağrılı nümunə isə Ukraynadır.
Dağılmış şəhərlər, milyonlarla qaçqın, çökmüş iqtisadiyyat, müharibə və torpaq itkisi.
2014-cü ildə Qərbə doğru kəskin seçim edən Ukraynanın payına düşən bunlardır. “Maydan hərəkatı” Ukraynaya Krımı və Donbasın bir hissəsini itirmək bahasına başa gəldi. 2022-ci ildə başlanan dəhşətli müharibənin nəticələri isə daha ağırdır və yaxın gələcəkdə vəziyyətin düzələcəyi ehtimalı zəif görünür.
Ermənistanın da eyni taleyi yaşaması istisna deyil. Hazırda rəsmi İrəvanın Qərbyönümlü seçimlə bağlı bəyanatlarının Rusiyada süngü ilə qarşılanması və Brüssel-Moskva xəttində Ermənistan üzərində ritorik qarşıdurma bu ölkənin geosiyasi toqquşa poiqonuna çevrilməsinin ilk mərhələsidir.
İkinci mərhələdə Ermənistanın iqtisadiyyatının çöküşü baş verə bilər.
Ermənistan iqtisadi olaraq, Rusiyadan və üzvü olduğu Avrasiya İqtisadi İttifaqı bazarından asılıdır. Son seçkilərdən öncə Moskva İrəvan qarşısında “Aİİ və AB” arasında seçim tələbini irəli sürdü, daha sonra bu tələbə Aİİ-nin digər ölkələri də qoşuldu. Buna paralel şəkildə, erməni mallarının Rusiya bazarına ixracına müəyyən məhdudiyyətlər qoyuldu. Rusiyanın ilkin iqtisadi rıçaqları olan bu məhdudiyyətlər qarşısında Ermənistan iqtisadiyyatının üzləşdiyi çətinliklər göstərir ki, İrəvan Aİİ-dən uzaqlaşdırılacağı təqdirdə, uçuruma yuvarlana bilər.
Oktyabrın 20-də Rusiya, Qazaxıstan, Qırğız Respublikası və Belarusun baş nazirləri adından açıqlanan “Ermənistanın Aİİ üzvlüyünün dayandırılmasının mümkün iqtisadi nəticələrinə dair” hesabat bunu deməyə əsas verir.
Hesabat “Ermənistan Aİİ-dən çıxarılarsa, nə baş verəcək” sualına aydınlıq gətirir:
- ÜDM-i 15,6 faiz (4,6 milyard dollar) azala bilər;
- Rusiyadan aldığı təbii qazın qiyməti 69 faizə qədər arta bilər;
- Rusiya bazarına güzəştəli çıxış imkanlarını itirə bilər;
- Hazırda yararlandığı əmək, mal, xidmət və kapitalın sərbəst hərəkəti ilə bağlı üstünlüklərdən məhrum ola bilər.
Rusiyadan alınan ucuz qazın bahalaşması Ermənistan üçün ciddi itkilərdəndir. Moskva indiyə qədər müəyyən iqtisadi rıçaqlardan istifadə etsə də, bu “silahını” hələ işə salmayıb. Bu baş verərsə, Ermənistanda avtomatik olaraq, sənaye məhsullarının maya dəyəri, elektrik enerjisi istehsalı, kommunal xərclər bahalaşacaq. Lakin Moskvanın iqtisadi rıçaqları bununla yekunlaşmır. “Yuxarı Lars” Ermənistan məhsullarına tətbiq edilən blokada bunlardan biridir. Bu yolun tamamilə bloklanması və erməni mallarının ixracına qadağanın qoyulması ssenarisi Ermənistana daha ağır zərbə vura bilər. Paşinyanın AB-yə üzvlük müraciəti haqda açıqlamalarından sonra Rusiyada “Yuxarı Lars” yolunun bağlanması ilə bağlı verilən açıqlamalar diqqəti bura yönəldir.
Reallıq göstərir ki, iqtisadiyyatının 80 faizindən çoxunun Rusiyadan asılı olan Ermənistanın AB-yə üzvlüklə bağlı müraciəti intihar deməkdir. Rəsmi İrəvanın Avropanın vədlərinə inanaraq, intihara doğru irəlilədiyi müşahidə olunur. Bu baxımdan, Ermənistanın geosiyasi toqquşma poliqonuna çevrilmə istiqamətində ikinci mərhələyə keçdiyini deyə bilərik.
Üçüncü mərhələ Ermənistanın dövlət olaraq yox olması deməkdir.
Çünki Rusiya ilə baş verə biləcək ciddi eskalasiyadan sağ çıxması mümkünsüz görünür. Nəzərə almaq lazımdır ki, Ermənistanın Ukraynadan fərqli olaraq, ərazi, əhali və strateji çəki baxımdan potensialı çox zəifdir və Qərb üçün o qədər əhəmiyyət kəsb etmir. Rusiya ilə mümkün esakalasiyada Qərb Gürcüstanda olduğu kimi, siyasi bəyanatlarla kifayətlənəcək. Bu da Ermənistanın dövlətçiliyinin sonu deməkdir.
Asif Nərimanlı
-
İdman19:00“Qorxu mühiti yaradıb, etiraz edən hər kəs cəzalandırılır” - İnfantinodan gileylənən kimdir?
-
Rəsmi xronika16:02Zəngilan Aqroparkı yaradıldı
-
Magazin115:40Şou-biznesdə subay qalan məşhur xanımlar - KİMLƏRDİR?
-
İqtisadi gündəm14:01Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı yeni qayda TƏTBİQ OLUNUR
-
Nida Xəbər 13:44Türkiyə lideri Bakıya buna görə gəlir
-
Region13:40Ermənistan parlamenti Zəngəzur dəhlizi ilə bağlı fövqəladə iclas keçirəcək: Nə planlaşdırılır?
-
Dünya13:04Ağ Evdən Trampın siyasi gələcəyi ilə bağlı diqqətçəkən açıqlama
-
Dünya12:58Zelenski 1,5 saatlıq danışığın təfərrüatını açıqladı: ABŞ-dan nə istəyir?
























.jpg)















.jpg)