Nida Təhlil
Faşistin heykəli həm Xankəndidən, həm də İrəvandan götürülməlidir - Rəy
Qaregin Njdenin kim olduğunu çox gözəl bilirik. Bunu Rusiya dövləti də çox yaxşı bilir. Çünki Njde ilə bağlı kifayət qədər arxiv sənədləri var. Əgər o, normal bir adam olsaydı, bütün ömrünü həbsxanada keçirməz və həbsxanada da ölməzdi.
Bu sözləri Publika.az-a açıqlamasında millət vəkili, professor Anar İsgəndərov deyib. Tarixçi alim qeyd edib ki, Qaregin Njdenin təliminin birinci cümləsi belə başlayırdı: Sonuncu türk kar, kor, lal olsa da, öldürülməlidir:

“Njde faşist düşüncəli bir cəllad idi. Onun 1918-1920-ci illərdə azərbaycanlılara qarşı Zəngəzurda həyata keçirdiyi qətliamlar danılmaz tarixi faktlardır. Naxçıvanda əhaliyə qarşı hansı divanları tutduğu da məlumdur. Erməni qəddarlığı hər zaman göz qabağında olub. Sonrakı dövrdə Njdenin Türkiyə ərazisində, Balkanlarda və ən nəhayət İkinci Dünya müharibəsindəki əməllərindən də Rusiya çoxdan xəbərdardır. Onun Qarabağdakı heykəlinin götürülməsi ilə bağlı Moskva veteranlarının Rusiya rəhbərliyinə müraciət etməsi alqışlanandır. Ümid edirəm ki, dövlət səviyyəsində bu məsələyə münasibət olacaq. Sözsüz ki, faşistin heykəli həm Xankəndidən, həm də İrəvandan götürülməlidir.
44 günlük Vətən müharibəsi göstərdi ki, erməni vəhşiliyinin sərhədləri yoxdur. İşğaldan azad olunmuş rayonlarımız yerlə-yeksan edilib. Odur ki, düşmənlə gələcəkdə hansı münasibətdən asılı olmayaraq, tarixi unutmamalıyıq. Bu tarix bizə öyrədir ki, erməni bizimlə bundan sonra da qonşu ola bilər, ancaq bu günə qədər bizə qarşı olanları unutmamalıyıq. Onlar hər bir hərəkətləri ilə bizə düşmən olduqlarını sübut edirlər, bizim də borcumuz odur ki, gələcəkdə düşmən bir də başını qaldırmaq istəsə, 44 günlük müharibədə endirdiyimiz yumruq ondan da ağır olsun. Düşmənlərimizi və onların havadarlarını yaxşı tanıyırıq, gücümüzü bir yerə toplamalıyıq ki, düşmən bizə qarşı münasibətdə gücünü göstərə bilməsin”.
Aytən Məftun
-
Ekologiya12:51Leysan yağacaq, şimşək çaxacaq - Sabahın hava proqnozu
-
Nida Xəbər 12:32Azərbaycan Prezidenti: Ermənistanın etirafına görə, onların ordusunda 12 minə yaxın fərari oldu
-
Nida Xəbər 12:26Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - Video(Yeniləndi)
-
Nida Xəbər 12:23Prezident: Biz qurub-yaradan xalqıq!
-
Səhiyyə11:27Vətən müharibəsi iştirakçılarına 879 min 232 ambulator xidmət göstərilib
-
Müsahibə10:33Zəfərdən sonra Azərbaycanın qarşısında açılan yeni imkanlar: Qarabağın aqrar potensialı...
-
Region10:25Türkiyə XİN Azərbaycanı təbrik etdi
-
Nida Xəbər 09:51Dövlət və hökumət rəsmiləri Zəfər Tağı abidəsini ziyarət etdilər






































.jpg)

