Nida Təhlil
ABŞ yeni NATO yaradır? – Politoloq detalları açdı
“ABŞ Əfqanıstanı tərk etsə də, Asiyada güclənməyə çalışır. ABŞ Asiyada NATO-ya bənzər hərbi blok yaratmaq istəyir. Bu, ABŞ Prezidenti Co Baydenin əsas təhlükəsizlik hədəflərindən biridir. Bayden son zamanlar bu haqda açıqlamalar da verib”.
Publika.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu sosial şəbəkədəki səhifəsində yazıb. Politoloqun fikrincə, ABŞ yeni NATO ilə bağlı Avstraliya və Yaponiyayla danışıqlar aparır:

“Hər iki dövlətin yeni NATO-da yer alacağı gələn xəbərlər arasındadır. Asiyadakı NATO-da Hindistan da yer ala bilər. Buna baxmayaraq, adıçəkilən dövlətlər yeni NATO ilə bağlı hələ ki, açıqlamalar vermirlər. Ancaq hədəf və məqsəd bəllidir. Asiyada qurulacaq NATO-nun əsas rəqibi Çindir. ABŞ, Hindistan, Avstraliya və Yaponiya Pekinin regional siyasətindən narahatdır. Necə ki, “Soyuq müharibə” illərində qurulan NATO öz üzvlərini SSRİ-dən qoruyurdu, yeni NATO-nun üzvləri də özlərini Çindən qoruyacaq”.
Politoloq hesab edir ki, Pekin yeni NATO-nun yaranmasını cavabsız qoymayacaq:
“Çin də özünə hərbi müttəfiqlər axtarmağa çalışacaq. Məsələ burasındadır ki, bir çox dövlət Çinlə iqtisadi əlaqələrə və ortaq regional layihələrə maraq göstərsə də, heç bir dövlət Pekinlə eyni hərbi blokda yer almaq istəməz. Rusiyanın özü belə, Çinlə sıx əməkdaşlığına rəğmən, Pekinin hərbi planlarına şərik olmaqda maraqlı deyil. Hazırkı vəziyyətdə çıxış yolu Çinin regional siyasətinin və ölkə daxilində milli azlıqlara münasibətinin dəyişməsidir. Ancaq Pekinin siyasətini dəyişəcəyini gözləmək əbəsdir. Belə olan halda yeni NATO-nun yaranması prosesi sürətlənəcək”.
Tural Turan
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi






.jpg)




























.jpg)
.jpg)
