Nida Təhlil
Bu, digər məhdudiyyətlərin tezliklə götürülməsinə şərait yaradacaq - Deputat
“Operativ Qərargahın bugünkü brifinqində vətəndaşlarımız tərəfindən çoxdandır gözlədikləri məlumatlar açıqlandı və müəyyən qisim qadağalar aradan götürüldü, xeyli yumşalmalar oldu. Metrolar fəaliyyətini bərpa edəcək, ibadət yerləri, iri ticarət mərkəzlərinə qoyulan qadağalar aradan qaldırılacaq, açıq havada maska taxmaq tələbi götürüləcək. Düşünürəm ki, bunun davamı gələcək və vətəndaşlarımızın gözlədiyi digər yumşalmalara da gediləcək. Ancaq bunun üçün epidemioloji vəziyyət normal olmalıdır”.
Bunu Publika.az-a Milli Məclisin deputatı Jalə Əliyeva deyib.
Millət vəkili bildirib ki, bu yumşalmlara insanlar arasında rahatlıq yaratmamalı, vətəndaşlar bundan sonra da məsuliyyətli davranmalı, qaydalara əməl etməlidir: “Bir neçə dəfə biz virusla bağlı enmələr və qalxmaların şahidi olduq. Hər dəfə yumşalmalara gediləndə xəstələnmələrin sayının artdığını gördük. Əmin olmaq istəyirik ki, insanlarımız bu dəfə çox ayıq-sayıq davranacaqlar, ehtiyatı əldən verməyəcəklər. Yenə də şəxsi gigiyena qaydalarına, bir sıra tələblərə, sosial məsafəyə diqqət edəcəklər. Daha az insanın olduğu yerlərə üstünlük verəcəklər, kütləvi yerlərə getməkdən çəkinəcəklər. Bu virus hələ tam şəkildə yox olmayıb. Hazırda ölkəmizdə virusa yoluxma sayı aşağı düşüb. Bu da əlbəttə ki, hökumətə, Operativ Qərargaha daha yumşaq tədbirlər görməyə stimul verir. Bizim acı təcrübəmiz var, biz bunu qışda yaşadıq. Yoluxma aşağı düşəndən sonra, qəfildən yenidən qalxmalar oldu. Buna görə də çox diqqətli olaraq gündəlik həyatımıza davam edək, çoxdan gözlədiyimiz yumşalmaların zövqünü yaşayaq. Amma eyni zamanda da həm özümüzün, ailələrimizin, həm də dövlətimizin keşiyində dayanaq”.
J.Əliyevanın sözlərinə görə, COVID pasportlar həm vaksinləşməni sürətləndirəcək, həm də digər məhdudiyyətlərin tezliklə götürülməsinə şərait yaradacaq: “Artıq hər iki dozanı qəbul edərək vaksin olunan şəxslər bu doğru seçimin üstünlüklərindən istifadə etməyə başlayır. Həm də biz məhdudiyyətlərin aradan qaldırılması yoluna vaksinasiyanın ölkəmizdə başlaması və uğurla da davam etməsi sayəsində nail ola bildik. İnsanlarımızın artıq bir qismi vaksinasiyadan keçib. Bunun isə müsbət tərəflərini hər birimiz görməyə başladıq. Artıq vaksin vurdurmuş şəxslər bu xəstəlikdən sığortalanmış olurlar. Eyni zamanda hər kəs də gördü ki, vaksinasiyadan sonra yoluxma sayında xeyli azalmalar oldu. Vaksin vurduran şəxslərə COVID pasportları verilir. Bu sənədlə də sadəcə idman zallarına deyil, hər bir yerə, ümumiyyətlə arzu etdikləri və daxil olmaları qadağan oluna yerlərə onların girməsinə məhdudiyyət olmayacaq”.
Akqabay Mıradov
-
Hadisə07:55Gəncədəki yanğın tam söndürüldü - Video/Yeniləndi
-
ABŞ03:18Bunu etsələr, yer üzündən silinəcəklər! - Trampdan İrana xəbərdarlıq
-
Magazin102:43Nəsrinin toy fotoları
-
Qoroskop02:00Günün ulduz falı: gözlənilməz fürsətlər yarana bilər
-
ABŞ01:40Ağ Ev yaxınlığında atışma: xəsarət alan var
-
Dünya4 May 23:55Zelenskidən atəşkəs qərarı
-
Dünya4 May 20:24İran BƏƏ-yə hücum etdi, güclü yanğın başladı
-
İdman4 May 20:12Sovrulan milyardlar: Futbol tarixinin ən biabırçı fiaskosu yaşanır






























.png)


.jpg)



