Nida Təhlil
Bu, vaksinləşməni sürətləndirəcək - Deputat
Yumşalmaların olmasına baxmayaraq, ehtiyatı tam əldən verməməliyik. Əks halda epidemioloji vəziyyət yenidən pisləşə bilər.
Bunu Publika.az-a millət vəkili Ceyhun Məmmədov deyib.
Deputat bildirib ki, ölkəmizdə pandemiyanın məhdudlaşdırılması ilə bağlı sistemli şəkildə həyata keçirilən tədbirlərin effektivliyi, qabaqcıl ölkələrlə eyni vaxtda vaksinasiya prosesinə başlanılması Azərbaycanda yumşalmanın əhatə dairəsinin daha da genişlənməsinə şərait yaradıb: “Azərbaycanda yumşalmalar oldu, ancaq dünyanın bir sıra ölkələrində sərt tədbirlər hələ də qüvvədədir. Məsələn, Hindistan nümunəsi var. Bizdə əhalinin istəyi nəzərə alındı və yumşalmaya gedildi. Buna baxmayaraq, insanlar arxayınlaşmamalı, ehtiyatı əldən verməməlidir. Mümkün qədər gigiyenik qaydalara əməl etməli, maska taxmalı, məsafəni gözləməlidirlər. Çünki birdən-birə biz tam arxayınlaşsaq ki, hər şey qaydasına düşüb və pandemiya sona çatıb, bu zaman yenidən yoluxmalar arta bilər ki, bu da sərt tədbirlərin tətbiqinə gətirib çıxara bilər”.
C.Məmmədovun sözlərinə görə, COVID-19 pasportlarının verilməsi həm vaksinləşməni sürətləndirəcək, həm də insanların aradan qaldırılmasını arzuladıqları digər məhdudiyyətlərin tezliklə götürülməsinə şərait yaradacaq: “Uzun müddətdir hamıya deyilirdi ki, bir sıra yerlərə səfərlər COVID pasportu əsasında baş verəcək. İdman zalları və bu kimi müəyyən yerlər var ki, orada virusa yoluxma ehtimalları həddindən artıq çoxdur. Buna görə də hesab edirəm ki, COVID pasportunun tələb olunması normaldır. İnsanlar da yumşalmaya nə zaman getdiyimizi nəzərə almalıdırlar. O zaman yumşalmaya gedildi ki, vaksinasiya prosesi sürətləndi, virusa yoluxma azaldı. Bundan sonra biz artıq digər digər proseslərə doğru getdik.
Ona görə də bu mərhələdə insanlarımız hələ ki, ehtiyatı tam əldən verməməlidirlər, gigiyenik qaydalara əməl etməlidirlər. İdman zallarında, metroda insanlar tez-tez təmasda olurlar. Vətəndaşlarımız bütün hallarda özlərini təhlükə sovuşdu, hər şey adiləşdi kimi aparmamalıdırlar. Yəni bu məsələlərdə biz diqqətli olmalıyıq və bir müddət bu formada davam etməliyik”.
Akqabay Mıradov
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular






.jpg)





























.jpg)
.jpg)
