Nida Təhlil
Erməni diversantları seçkiyə qədər İrəvana təhvil versək... - Şərh
Azərbaycan 6 erməni hərbçisini sərhəddə mina basdırarkən zərərsizləşdirib. Nikol Paşinyan bu vəziyyətdə nə edəcək? Ermənistanın baş nazir vəzifəsini icra edən şəxs yenə ətraf aləmdən kömək istəyəcək. Ancaq Paşinyan Rusiyadan və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından narazılığını açıq dilə gətirməyə başlayıb. Paşinyanın lideri olduğu partiyanın parlamentdəki qrup rəhbəri də KTMT-ni sərt tənqid edərək onları proseslərə seyrçi qalmaqda ittiham edib.
Publika.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.
Politoloq bildirib ki, Paşinyana dəstək yenə Qərbin bəzi ölkələrindən gələcək, kimlərsə Azərbaycan əleyhinə açıqlama verəcək və rəsmi İrəvan həmin açıqlamaları geniş yayacaq ki, əhalini sakitləşdirsin:
“Ermənistan müxalifəti erməni hərbçilərin Azərbaycan hərbçiləri tərəfindən zərərsizləşdirilməsini seçki öncəsi Paşinyanın mövqelərini zəiflətmək üçün istifadə etməyə çalışacaq. Əgər biz ərazilərimizin daxilində minalama işlərini və digər təxribat əməllərini aparmağa cəhd göstərən diversiya qrupunu seçkiyə qədər İrəvana təhvil versək, tam əksinə, bu, Paşinyanın reytinqinə müsbət təsir edəcək. İplər bizim əlimizdədir”.
Aytən Məftun
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi






.jpg)




























.jpg)
.jpg)
