Nida Təhlil
Ermənistanın bu addımı yeni müharibəyə aparır, Naxçıvan və Laçında... - Politoloq AÇIQLADI
Mayın 12-də Qaragöl istiqamətində başlayan gərginlik hələ də davam edir. Ermənistan sərhəd boyunca vəziyyəti gərginləşdirməyə çalışır. Bu gün Azərbaycan Müdafiə Nazirliyi Naxçıvan istiqamətində mövqelərimizin atəşə tutulması, bir hərbçimizin yaralanması ilə bağlı məlumat yaydı.
Mövcud durumu Publika.az-a dəyərləndirən politoloq Natiq Miri sərhədlərin delimitasiya və demarkasiyası prosesinin getdiyi bir vaxtda bu cür halların yaşanmasında Ermənistanın bir sıra məqsədinin olduğunu diqqət çəkib.
Politoloqun sözlərinə görə, həm Naxçıvanla sərhəddə, həm də Laçında cərəyan edən proses göstərir ki, Ermənistanda daxili siyasi vəziyyət, revanşizm meylləri bu gərginləşmənin əsas səbəbidir:
“20 iyunda Ermənistanda növbədənkənar parlament seçkilərinin keçirilməsi planlaşdırılır. Bu kontekstdə mövcud Nikol Paşinyan hökuməti ilə müxalifət arasında ciddi mübarizə gedir. Bu mübarizədə sərhədlərin müəyyənləşdirilməsi məsələsi nə qədər ağrılı olsa da, məhz bundan istifadə edərək müxalifət hökumət əleyhinə ictimai rəyi formalaşdırmaq istəyir. Sanki Ermənistan torpaqları Azərbaycana növbəti dəfə satılır deyə bir ictimai fikir yaratmağa çalışırlar. Ermənistanda keçirilən son sosioloji sorğularda Nikol Paşinyanın imicinin 3-4 faiz aşağı düşməsi faktı da göstərir ki, həqiqətən də erməni ictimai rəyində bu, əhəmiyyətli rol oynamağa başlayıb. Buna görə də bu gün həm hakimiyyət, həm də müxalifətdə olan revanşist qüvvələr bu hadisədən özlərinin xeyrinə olaraq istifadə edirlər”.
N.Miri qeyd edib ki, bu gün Ermənistan ordusu birmənalı olaraq Paşinyan hökumətinin tam olaraq nəzarətində deyil və sərhəd bölgələrində istənilən zaman təxribat törətmək artıq adi bir hadisəyə çevrilib: “Bu proseslər də əslində Paşinyanın siyasi maraqlarında deyil. Çünki belə bir vəziyyətdə müharibə təhlükəsi artır ki, bu cür qarşıdurmanın olduğu təqdirdə növbəti dəfə Ermənistan ordusu ciddi zərbələr alacaq. Bu isə hökumətin əleyhinə işləyən amildir. Düşünürəm ki, bu məsələlərin içərisində daha çox revanşist Qarabağ klanı, xüsusilə də Rusiyanın və Ermənistan ordusunun tərkibində olan beşinci kolonun üzvləri var və məsələni süni olaraq aktivləşdirirlər. Bu da əlbəttə ki, çox gərgin bir vəziyyət yaradır”.
N.Miri hesab edir ki, əgər Nikol Paşinyan baş nazir olaraq situasiyanı öz əlinə almasa, vəziyyət nəzarətdən çıxa bilər: “Bu da yeni müharibənin tətikləyicisi ola bilər. Belə bir müharibənin başlaması Azərbaycan üçün elə böyük təhlükə vəd etmir. Ancaq Ermənistanın Azərbaycanla müharibə etmək gücü yoxdur. Yəni belə bir vəziyyətdə, dağıdılmış ordunun fonunda Azərbaycana barmaq silkələmək, bu cür hərbi təxribatlar törətmək gülünc olduğu qədər, həm də absurddur. Ona görə də düşünürəm ki, bu, Ermənistan hökumətinin maraqlarına uyğun bir davranış deyil. Sadəcə olaraq süni ajiotaj yaratmaqla Nikol Paşinyan əslində üçüncü və dördüncü tərəfləri prosesə qatmaq istəyir. Yəni bu məsələlərdən süni olaraq istifadə etməklə yenidən Minsk qrupu və Ermənistanın havadar dövlətlərini prosesə cəlb etmək arzusundadırlar ki, məhz onların təzyiqi ilə Azərbaycanın geri çəkilməsini istəyirlər. Ancaq bu da mümkün olan bir şey deyil”.
Politoloq bütün baş verənlərin erməni xalqına fəlakətdən başqa heç nə vəd etmədiyini deyir: “Bu, erməni xalqı üçün yalnız növbəti itkilər və böyük faciə vəd edir. Çünki bu, ordunun dağılması ilə paralel olaraq iqtisadiyyatın tamamilə çöküşünə gətirəcək. Bu da əlbəttə ki, miqrasiyanı tətikləyəcək. Sərhədlər açılan kimi həm Ermənistandakı, həm də Qarabağda olan ermənilər kütləvi şəkildə bu əraziləri tərk etməyə başlayacaqlar”.
Akqabay Mıradov
-
Nida Xəbər 14:15
İran prezidenti İlham Əliyevə zəng etdi
-
Dünya13:39
Vanqa və Nostradamusun 2025-ci il üçün kəhanətləri: Xəstəlik, müharibə, təbii fəlakət...
-
Nida Xəbər 13:28
Təyyarəmizi dron vurub? - AZAL prezidentindən AÇIQLAMA
-
Dünya12:18
Əsəd tərəfdarları qiyam qaldırdı: Əməliyyat başladı - Komendant saatı tətbiq edildi
-
Sosial11:57
Pilotların səs yazısı yayıldı - “Təyyarəyə güclü zərbə dəydi”
-
Dünya11:02
Netanyahudan daha bir təhdid gəldi: Bütün Yaxın Şərq dərs alacaq
-
Sosial10:52
"Hər şey yaxşı olacaq" deyən bələdçinin meyiti tapıldı - VİDEO
-
MDB09:55
Təyyarə qəzasında yaralanan 9 nəfər Qazaxıstandan bu ölkəyə aparıldı - VİDEO