Nida Təhlil
Bu, mediaya dövlət dəstəyinin göstəricisidir - Aydın Quliyev
Medianın İnkişafı Agentliyinin (MEDİA) xətti ilə dövlət maliyyələşmə mexanizminin fəaliyyətə başlaması ölkəmizdə mediaya dövlət dəstəyi platformasının çox əhəmiyyətli bir pilləsidir.
Bunu Publika.az-a “Bakı Xəbər” qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.
A.Quliyev bildirib ki, Azərbaycanda son on illər ərzində onlayn media üçün dövlət maliyyələşmə mexanizmlərinin tapılması və tətbiq olunması sanki həllolunmaz bir problemə çevrilmişdi: “İllərlə bunun üzərində iş getdi, müzakirələr aparıldı. Ancaq bu mexanizmin tətbiq olunması ilə bağlı aydın bir mövqeyə gəlmək mümkün olmadı. Çox yaxşı bir haldır ki, MEDİA ölkəmizdə çap media ilə bərabər, onlayn medianın dövlət maliyyələşmə mexanizmlərinin tapılması və onun tətbiqi üzərində apardığı işi nəhayət ki, yekunlaşdırdı. Bu, həm ölkəmizdə mediaya dövlətin dəstəyi mexanizminin təkmilləşdirilməsi deməkdir, həm də çap mediası ilə yanaşı, onlayn medianın, yəni saytların, audiovizual media orqanlarının dövlət hesabına maliyyələşdirilməsi mexanizminin şəffaf şəkildə tətbiqi deməkdir”.
Media kapitanı hesab edir ki, ölkəmizdə onlayn medianın dövlət büdcəsindən maliyyələşmə mexanizmlərinin tətbiqi onlayn mediada rəqəmsal texnologiyaların informasiya sahəsinə tətbiqi istiqamətində ciddi nailiyyətlərə səbəb ola bilər: “Həm də ölkəmizdə informasiya təhlükəsizliyinin təmin olunması sahəsində böyük bir platformanın tətbiqi deməkdir. Eyni zamanda bu, ölkəmizin media informasiya sektorunun müəyyən yad təmayüllərin təsiri altına düşməsinin qarşısının alınmasında böyük nəticələr verə bilər”.
A.Quliyev qeyd edib ki, onlayn medianın MEDİA xətti ilə maliyyələşməsi ölkəmizdə bütünlüklə media sektorunun, o cümlədən onlayn medianın müxtəlif şəxslərin və qrupların təsiri altında olması, müxtəlif mənbələrdən qara və qeyri-şəffaf yollarla maliyyələşməsi kimi ziyanlı halların qarşısının alınmasında xeyli dərəcədə mühüm rol oynayacaq: “İndi bütün jurnalistlər üçün maraqlıdır ki, nəhayət bundan sonra onlayn media orqanları da dövlətin büdcəsindən dövlət təşkilatının əli ilə və şəffaf şəkildə maliyyələşəcək. Hər kəs bilir ki, onlayn medianın indiyədək maliyyələşməsi çox şübhəli texnologiyalardan biri kimi cəmiyyətimizin nəzərində hallanıb. Ancaq bu gün çap mediası ilə bərabər, onlayn medianın agentlik vasitəsilə dövlət xətti ilə maliyyələşməsi müəyyən xoşagəlməyən söz-söhbətlərin də ortadan qaldırılmasında öz rolunu oynayacaq. Bir sözlə, çap media ilə bağlı onlayn medianın da şəffaf qaydada maliyyələşməsi ölkəmizdə mediaya dövlət dəstəyi prosesinin mühüm tərkib hissəsi və uğurlu davamlarından biridir.
Yəqin ki, yaxın gələcəkdə bütün onlayn media seqmentlərinin, o cümlədən audiovizual seqmentlərin də agentlik vasitəsilə maliyyələşməsi praktikasına keçmək mümkün olacaq. Bu, mediaya dövlət dəstəyinin Azərbaycanda inkişaf edən bir mexanizm olduğunu bir daha nümayiş etdirir”.
Akqabay Mıradov
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO