Nida Təhlil
Fransa vasitəçi rolunda çıxış edə bilməz - Asim Mollazadə
“Fransa açıq şəkildə bəyan etdi ki, Ermənistanın tərəfdaşıdır. Ermənistanı dəstəklədiyini nümayiş etdirdi. Parisin bu mövqeyi həm ölkə Prezidenti, həm də parlamenti səviyyəsində dəfələrlə ifadə olunub. Məhz buna görə Fransa vasitəçi rolunda çıxış edə bilməz”.
Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı, Azərbaycan Demokratik İslahatlar Partiyasının (ADİP) sədri Asim Mollazadə deyib. Millət vəkili bildirib ki, Fransa bu cür bəyanatları ilə ATƏT-in Minsk qrupundakı fəaliyyətinə də xitam verdi:
“Azərbaycan Fransanın bu cür hərəkətlərini qəbul edə bilməz. Rəsmi Bakı Parisin bitərəf olmadığını xüsusi vurğulayaraq, Fransanın Minsk qrupunun tərkibindən çıxmasını tələb etməlidir. Bu barədə Azərbaycan parlamentində də müzakirələr və tələblər olub. Fransa öz siyasətini çox səhv istiqamətdə - anti-türk, anti-İslam istiqamətində davam etdirərsə, bu ölkə çox ciddi problemlərlə üzləşəcək.
Fransanın daxilində hazırda artan anti-semitizm, rasizm, anti-islamizm bu ölkə üçün çox ciddi problemlər yaradır. Bu da yanlış siyasətin nəticəsidir. Fransanın Ermənistanla bağlı atdığı addımlar, İrəvanı dəstəkləməsi də çox ciddi səhvlərdir. Bakı Parislə münasibətlərini ciddi şəkildə qiymətləndirməlidir”.
Tural Turan
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular






.jpg)





























.jpg)
.jpg)
