Nida Təhlil
Deputat: “Ermənistanın bundan imtina etməyə haqqı yoxdur”
Ermənistanın 10 noyabr sazişindən imtina etməyə haqqı yoxdur. Baş nazir Nikol Paşinyan imzası ilə öz razılığını bildirib.
Bu sözləri Publika.az-a açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib. Deputat qeyd edib ki, əgər 10 noyabr sazişi qüvvədən düşərsə, Azərbaycan digər məsələlərdə sərbəst hərəkət edə biləcək:
“Zəngəzur dəhlizi təkcə Azərbaycanın deyil, regionun və Ermənistanın maraqlarına uyğun bir layihə olacaq. Ermənistan bu layihə ətrafında daha çox siyasi ticarət etməyə çalışır. Bu məsələni özünün ölkədaxili siyasi çəkişmələrinin bir predmetinə çevirməyə çalışır. Amma Ermənistan konkret olaraq bildirməlidir ki, 10 noyabr sazişindən imtina edəcək, yoxsa yox? Bu sazişdən hər hansısa bir bəndi çıxarmaq və ya dəyişmək yalnız 3 tərəfin razılığı ilə ola bilər. Azərbaycan isə bu dəhlizin açılmasında qətiyyətli olduğunu bildirdi”.
Aydın Mirzəzadə Türkiyə Prezidentinin Azərbaycan parlamentində çıxışından da danışıb:
“Rəcəb Tayyib Ərdoğan çıxışına Qarabağ məsələsi ilə başladı və bununla da bitirdi. Bu məsələnin Azərbaycan üçün çox əhəmiyyətli olduğunu və Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu bildirdi. O, Türkiyə-Azərbaycan birliyinin hər zaman davam edəcəyini vurğuladı. Hörmətli Ərdoğan türk dünyası və Azərbaycan-Türkiyə birliyinin möhkəmlənməsi üçün həmişə çalışıb”.
Rahib Ələsgərli
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular






.jpg)





























.jpg)
.jpg)
