Nida Təhlil
Bu, son artım deyil, davamını... - Ramaldanov
Cənab Prezident Ali Baş Komandan olaraq ordu quruculuğuna qarşı həmişə diqqətli olub. Eyni zamanda ordunun şəxsi heyətinin sosial müdafiə paketinin gücləndirilməsi istiqamətində mütəmadi olaraq göstərişlər verir. Maaşların və pul təminatının artırılması da bunun bir hissəsidir. Prezident ilk növbədə işğaldan azad olunan ərazilərdə xidmət edən hərbçilərin maaşlarının artırılması ilə bağlı sərəncam imzalayıb. Azərbaycan Respublikası Prezidentinin əlavəsi hərbi qulluqçuların aylıq vəzifə maaşlarının 20–60 faizi həcmində olacaq.
Bu sözləri Publika.az-a açıqlamasında Azərbaycan Ordusunun ehtiyatda olan polkovniki Şair Ramaldanov deyib. O, bildirib ki, şəraitdən asılı olaraq təhlil aparılacaq və artım ona uyğun olaraq bu formada olacaq:

“Əlbəttə ki, bu cür artım və təltiflər orduya aid olan xüsusi günlərə təsadüf edir. Silahlı Qüvvələr gününə həmişə özəl yanaşma olub. Təbii ki, Cənab Prezident də bu formada öz qayğısını göstərdi və sərəncam imzaladı. Təltiflər, medallar və ordenlər də adətən Silahlı Qüvvələr Günün ərəfəsində təqdim edilir. Bu, Ali Baş Komandan tərəfindən verilən diqqətin təzahürüdür. Bunu da şəxsi heyət böyük ruh yüksəkliyi ilə qarşılayır. Diqqət hər zaman müsbət qarşılanır. Bu diqqət orduda xidmət edən zabitlərin ailələrinin sosial vəziyyətini yaxşılaşdırmağa yönəlib. Bunu ancaq sevinclə qarşılamaq olar. Bilirik ki, bu son artım paketi deyil, ümumiyyətlə hərbçilərlə bağlı sosial paketin verilməsi və onun yenilənməsi istiqamətində müəyyən bir təkliflər var. Onlara baxılır, odur ki, bu, axarıncı olacaq. Onun davamını biz növbəti sərəncamlarda görəcəyik”.
Aytən Məftun
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO
-
Avropa13 Oktyabr 22:12Papa əməliyyat olundu
-
Art13 Oktyabr 21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə13 Oktyabr 21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi



































