Nida Təhlil
Böyük sülh sazişinin imzalanması ilə bağlı ciddi əsaslar var - Politoloq DETALLARI AÇDI (VİDEO)
Video əlavə olunub.
xxx
Prezident İlham Əliyev bir qədər əvvəl Ermənistanla böyük sülh müqaviləsinin yaxın aylarda, hətta yaxın günlərdə imzalanması ilə bağlı müjdə verdi.
Ölkə başçısı onu da qeyd etdi ki, rəsmi Bakı İrəvana müqavilənin imzalanması ilə bağlı hətta gündəlik də təqdim edib: “Qoy desin ki, istəmir, qoy desin ki, imtina edir. Mən bunu dəfələrlə demişəm, deyirəm: Biz hazırıq, danışıqlara başlayaq”.
Ölkə rəhbərinin bu bəyanatı bir çox mətləblərdən xəbər verir.
Politoloq Qabil Hüseynli hesab edir ki, Prezident belə bir fikir səsləndirirsə, deməli, böyük sülh sazişinin imzalanması ilə bağlı ciddi əsaslar var.
Politoloq Publika.az-a açıqlamasında söyləyib ki, ən səhih, ən dəqiq məlumatları alan cənab Prezidentdir:
“Bu fikirləri ölkə başçısı söyləyirsə, deməli, həqiqətdir. Üstəlik, ölkə başçısı bir neçə gün bundan əvvəl Moskvada səfərdə olub. Putinlə danışıb. Rusiya prezidenti ilə danışıqlardan və Moskva səfərindən sonra ölkə Prezidenti kifayət qədər optimist və əhval-ruhiyyəsi xoş görünürdü. Moskva səfərinin bütün təfərrüatları açıqlanmasa da, ölkə başçısı bu səfərdən razı qaldığını bəyan etdi. Mətbuata da sızdırılıb ki, yaxın vaxtlarda Prezident İlham Əliyev, Ermənistanın baş naziri və Putinin iştirakı ilə Moskvada görüş gerçəkləşdirilə bilər. Ermənistan mətbuatı isə hansısa gizli danışıqların getdiyini, həmin danışıqlarda Nikol Paşinyanın Azərbaycana hansısa güzəştlərə getdiyini bəyan edir. Bunları Koçaryanın komandası iddia edir. Bu zəmində Ermənistanı ciddi “sürprizlərin” gözlədiyini vurğulayırlar”.
Politoloqun fikrincə, əgər məsələlərin 90 faizi razılaşdırılırsa, burada ərazi bütövlüyü məsələsi ön planda olmalıdır: “Sərhədlərin razılaşdırılması, kommunikasiyaların açılması olmayan yerə Prezident imza atmaz. Sərhədlərin demarkasiyası uzun vaxt aparan bir məsələdir. Amma bütövlükdə yuxarıda sadaladığım məsələlər həll ediləcək. Zəngəzur dəhlizinin açılması da bu qəbildəndir. Görünən odur ki, rəsmi Moskva hər iki ölkəyə ciddi təsir göstərir. Prezident yaxın vaxtlarda böyük sülh sazişinin imzalanacağı müjdəsini verirsə, deməli, bunun ciddi əsasları var”.
Qabil Hüseynli bildirib ki, Azərbaycanın Ermənistana təqdim etdiyi gündəlikdə sülh müqaviləsinin canı olan hər iki ölkənin ərazi bütövlüyünün qarşılıqlı olaraq tanınması kimi məsələlər öz əksini tapa bilər: “Bir-birinə ərazi bütövlüyü iddiaları irəli sürə bilməzlər. Birinci gündəm məsələsi bu ola bilər, daha sonra, Ermənistan “Dağlıq Qarabağ” anlayışından imtina etməlidir. Onun statusu məsələsini bir daha qaldırmayacağını öhdəlik kimi götürməlidir. Gündəlikdə bunlar ola bilər. Tərəflər bundan sonra dinc, yanaşı yaşamaq siyasətinə sadiq olacaqlarını bəyan etməlidirlər. Həmçinin, bütün bunlardan sonra Ermənistanın da böyük iqtisadi layihələrə daxil edilməsi danışıqlar mövzusu ola bilər”.
Tural Turan
-
Magazin112:10
Həyatı faciəli sonluqla bitən aktyor: Bunu çoxları bilmir...
-
ABŞ11:20
Tramp Putinlə gizli görüşüb: görün ona nə deyib... - ŞOK İDDİA
-
Elm və təhsil10:20
NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb?
-
Sosial09:55
"Balina"nı Bakıdan belə apardılar - VİDEO
-
Nəqliyyat09:36
Pulsuz ictimai nəqliyyat xidməti başa çatır
-
Hadisə09:10
70 kq qızılla tutulan diplomat Bakıya gətirildi
-
Magazin208:55
Kıvançla xanımından Toskanada maraqlı FOTOSESSİYA
-
Nəqliyyat08:40
Bu yollarda tıxac var