Nida Təhlil
Deputat erməni təxribatından danışdı
200 il ermənilərin xeyrinə davam edən tarixi proses keçən il sentyabrın 27-də durdurulub və həmin tarixdən geriyə sayım başlayıb, 200 il əvvəlki sıfır nöqtəsinə qayıdana qədər də davam edəcək.
Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Əziz Ələkbərli Ermənistanın Azərbaycanla sərhəd xəttində törətdiyi təxribatlardan danışarkən deyib. Millət vəkili bildirib ki, ermənilər hələ də 44 günlük müharibədəki məğlubiyyətlərinin şokunu yaşayırlar:
"Görünür, hələ uzun müddət bu şoku yaşamaqda davam edəcəklər. Çünki kiçik məsələ deyil, ermənilərin yüz illər boyu formalaşdırdıqları erməni mifi darmadağın olub, mif dağılanda isə hər şey dağılır. Ermənilər inanmışdılar ki, onlar dünyanın ən qədim, ən bacarıqlı, ən istedadlı, ən yenilməz xalqıdırlar, inanmışdılar ki, tarix onlarla başlayır və onlarla da sona çatacaq, inanmışdılar ki, dünyanın bütün ölkələri onların tarixi vətənidir və onlar addım-addım bu "vətəni" geri qaytaracaqlar, belə-belə ermənilər çox şeyə inanmışdılar, daha doğrusu, onları bu yalanlara inandırmışdılar. Amma 44 günün içində bu "çox şeylər"in hamısı uçub-töküldü. Bu, əlindəki ağacın köməyi ilə ipin üstündə dayanan kəndirbazın əlindən həmin ağacı almağa bənzəyir, ermənilər bu gün həmin kəndirbaz kimi ipin üstündə yellənə-yellənə qalıblar, ya indi düşüb dağılacaqlar, ya da bir azdan yıxılacaqlar. Ona görə də mən hesab etmirəm ki, ermənilərin bu təxribatları mütləq nəyəsə hesablanıb, hansısa sonuclarla nəticələnə biləcək ağlın məhsuludur. Xeyr, ermənilərin post-müharibə dövründəki bütün təxribat hərəkətləri beyni pozulmuş hər hansı makinanın rabitəsiz hərəkətləridir. Bu hərəkətlərin səbəb olacağı nəticələrin anonsunu Vladimir Putin bir müsahibəsində vermişdi: intihar!"
Bu təxribatlarla İrəvan nəyə nail olmaq istəyir? - sualına cavab olaraq deputat qeyd edib ki, 44 gündə itirdiyi hər şeyi geri qaytarmaq istəyir:
"Amma konkret olaraq nəyi qaytarmaq istədiyini bilmir. Başqa sözlə, ermənilər istəyir ki, 44 günlük müharibədən əvvəlki durumda olsunlar, amma özləri də bilirlər ki, artıq bu, mümkün deyil. Ona görə də əsas o deyil ki, ermənilər nəyə nail olmaq istəyir, əsas odur ki, onların nəyəsə nail olmaq üçün artıq heç bir imkanı yoxdur, kapitulyasiya aktına qol çəkmiş Ermənistan öz qədərinə boyun əyməyə məhkumdur. Əyilməyən boyunu dəmir yumruqla əymək isə bizim boynumuzun borcudur".
Tural Turan
-
MDB12:00Dəniz döyüşləri böyüyür: Ukrayna tankeri belə vuruldu - VİDEO
-
Yaxın Şərq11:53Hörmüz boğazı yaxınlığında neft tankerləri minaya düşdü
-
Art11:36Ayaz Salayev: İttifaq ölüb! - Müsahibə
-
MDB11:30Zelenski niyə şüşə arxasından çıxış etdi?
-
Sağlamlıq09:37Ürək sağlamlığı üçün 1 nömrəli qəlyanaltı
-
Hadisə08:55Xırdalanda binada yanğın - Yeniləndi
-
MDB08:24Rusiyaya alverə gedən azərbaycanlılara xəbərdarlıq
-
ABŞ08:00ABŞ İrana qarşı yeddinci gecə hücumlarını başa çatdırdı - Yeniləndi




































