Nida Təhlil
Qardaşlarımızın dırnağına daş dəyəndə bizim də ürəyimiz sızıldayır - Tənzilə Rüstəmxanlı
Bir neçə gündür ki, Türkiyənin cənub-qərbində başlayan meşə yanğınları bütün dünyanın diqqət mərkəzindədir. Artıq Azərbaycan Prezidentinin tapşırığı ilə dost və qardaş ölkəyə yardımlar ediləcək. Azərbaycan xalqı - ziyalılar, aydınlar, ictimaiyyət nümayəndələri də sosial mediadan Türkiyəyə, qardaşlarımıza baş sağlıqları verirlər.
"Azəri Türk Qadınlar Birliyi"nin sədri Tənzilə Rüstəmxanlı Publika.az-a açıqlamasında bu hadisəni sosial mediada izlədikdən sonra dərin sarsıntılar keçirdiyini söyləyib:
"Məlum hadisə açıq-açığına terror olayıdır. PKK yandaşları tərəfindən törədilib. Türkiyədə yanğınlar törətməyə çalışan PKK üzvləri artıq yaxalanıb. Əlbəttə, hadisə hamımızın içini acıtdı. İçimizi göynədən bir hadisə oldu. Azərbaycanla Türkiyə iki bədəndə bir candır. Onların dırnağına daş dəyəndə bizim də ürəyimiz sızıldayır. Bu hadisə sanki bizdə, Azərbaycanda baş verib. Azərbaycan xalqı bu hadisənin ağrısını öz içində yaşayır. Bu məsələyə xalqımız çox həssas yanaşır, bu da təbiidir. Xalqımız kömək göndərib və göndərəcək də... İki-üç gündür ki, sosial mediadan bu olayları izləyirəm. Azərbaycanın bir çox rəsmisi bu məsələyə münasibət bildirib. Dövlət qurumlarımız da həmçinin”.
Deputat söyləyib ki, Azərbaycan xalqı olaraq Türkiyəmizin yanındayıq. Bu münasibəti dövlət olaraq, millət olaraq göstəririk:
“Necə ki, Türkiyə hər zaman ən ağır günlərimizdə Azərbaycanın, bizim yanımızda olub. Əlimizdən nə gəlir, üzülürük. Günahsız insanların gözlərinin önündə evləri yanır. Meşənin içindəki dilsiz-ağızsız heyvanlar ölür. Onlar zərər görür. Yanıb külə dönür. Belə bir vəhşəti ancaq insan və təbiət qatili olanlar törədə bilərdi. Onlara heç insan da demək mümkün deyil. Belə bir vəhşəti törədənlər heyvandan daha betər heyvandır. Azərbaycan xalqı olaraq əlimizdən nə dəstək gəlirsə, maddi və mənəvi olaraq, Türkiyəmizə verəcəyik. Çox üzülürük, ürəyimiz Türkiyədədir”.
Tural Turan
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu





































.jpg)


