“Vətəndaşlar vaksinasiyaya laqeydlik göstərərsə, Operativ Qərargah...” – DEPUTAT AÇIQLADI
Bizi izləyin

Nida Təhlil

“Vətəndaşlar vaksinasiyaya laqeydlik göstərərsə, Operativ Qərargah...” – DEPUTAT AÇIQLADI

Son dövrdə Azərbaycanda youxma və bununla bağlı ölüm hallarının artmaqdadır. Daha dəqiq ifadə etsək, iki həftə əvvəl Azərbaycanda gündəlik yoluxma 272 idisə, bu günlərdə 1200 civarındadır.

Dünyada, xüsusilə region ölkələrində, Rusiya, İran, Gürcüstanda COVID-19-a yoluxma hallarında kəskin sıçrayışın müşahidə olunması Azərbaycanda da koronavirusun yeni dalğasının və yeni ştamlara yoluxmanı qaçılmaz edə bilər. Ən azından mütəxəssislər belə düşünür. Görünən odur ki, əgər vaksinasiya proesi tam başa çatmasa, Azərbaycan hökuməti qapanmalara mütləq şəkildə gedəcək.

Millət vəkili. Məlahət İbrahimqızı Publika az-a açıqlamasında deyib ki, bu gün təkcə Azərbaycanda yox, bütübn dünyanın gündəmində “Delta” ştamı ilə bağlı narahatlıqlar ön plandadır:

“Bir çox ölkələrdə bu dəhşətli virusdan ölənlərin sayı hər gün 1000-i ötür. Bu gün mediadan oxudum ki, Brazilyada hər gün koronavirusdan dünyasını dəyişənlərin sayı mindən çox olur. Artıq qonşu ölkələrdə də virusdan dünyasını dəyişənlərin sayı hədsiz dərəcədə artıb. Onlar da karantin rejimi ilə sərtləşmə tədbirləri görürlər. Hətta qardaş Türkiyədə və Azərbaycanda da bu məsələ ilə bağlı tendensiya ürəkaçan deyil. Sözsüz ki, mövcud vəziyyətin qarşısının alınması ilk növbədə vətəndaşlarımızdan asılıdır. Vətəndaşlarımız karantin rejiminə və gigiyena qaydalarına nə qədər məsuliyyətlə yanaşsalar, əməl etsələr o zaman biz daha tez koronavirusa qalib gələ bilərik”.

Deputatın fikrincə, bu xəstəliklə mübarizədə ən önləyici tədbir peyvəndləşmədir:

“Peyvənd koronavirusa qarşı ən güclü silahdır. İnsanlarımız vaxtında peyvənd olunmalıdırlar. İki dəfə, iki doza peyvəndi vurdurmalıdırlar. Bununla onlar özlərini və çevrəsindəki insanların həyatlarını sığortalamış olacaqlar. Elə insan var ki, immuniteti güclüdür, o xəstəliyi yüngül keçirir. Amma həmin insan daşıyıcı olaraq qalır və xəstəliyi başqalarına keçirmə ehtimalı da böyükdür. İmmuniteti zəif olanlara virus çox ağır formada təsir göstərir. Öldürücü formada orqanizmi zədələyir. Bu xəstəlikdən qorunmaqla özümüzü, xalqımızı, demoqrafik vəziyyətimizi qorumalıyıq. Pandemiya bütün dünyanı öz cənginə alıb. Mənim rəhbərlik etdiyim Lider Qadınlar Birliyi və bir neçə ay bundan öncə təsis etdiyimiz Ailə Həkimləri İctimai Birliyinin xəstəxanalarda, poliklinikalarda qeydiyyatda olanlar və ambulator şəraitdə müalicə alan xəstələr, eləcə də həkimlər arasında keçirdiyimiz sorğulara görə bu günə qədər olan yoluxmaların 80 faizə qədərini peyvənd almayanlarlar əhatə edir. Xəstəxana şəraitində xəstəliyi nisbətən ağır keçirənlər də ümmuniteti zəif olanlardır”.

Millət vəkilinin sözlərinə görə, bu cür xəstələrin sayı çox azdır və onlar da qısa müddətdə müəalicə olunub sağalacaqlar:

“Ona görə də Publika.az saytı vasitəsi ilə vətəndaşlarımıza, seçicilərimizə çağırış, müraciət və xahiş edirəm ki, qısa müddətdə vaksinasiyadan keçsinlər. Zamanında iki dəfə vaksin dozasını alsınlar. Ölkə başçısımız dünyanın aparıcı ölkələri ilə eyni vaxtda yüksək maliyyə tutumu olan vaksinlərin Azərbaycana gətirilməsini təmin edib. “Pfizer”, “Sinovac”, “Moderna”, “Sputnik” kimi peyvəndlər artıq ölkəmizə gətirilib. İnanın ki, dünyanın nadir ölkələri öz vətəndaşlarına bu cür qayğı sərgiləyir. Bir çox ölkələrdə hələ də vaksinasiya başlamayıb. Ona görə də avqustun axırına, sentyabrın əvvəlinə qədər virusa yoluxanların sayı çox olarsa, vətəndaşlar vaksinasiyaya laqeydlik göstərərsə, sözsüz ki, Operativ Qərargah, hökumətimiz bütövlükdə vətəndaşlarımızı, xalqımızın sağlamlığını qorumaq üçün yəqin ki, sərt karantin qaydaları tətbiq edə bilər”.

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm