Bakıdan Kremlə xəbərdarlıq, Tehrana NOTA: Qarabağda NƏ BAŞ VERİR? - VİDEO
Bizi izləyin

Nida Təhlil

Bakıdan Kremlə xəbərdarlıq, Tehrana NOTA: Qarabağda NƏ BAŞ VERİR? - VİDEO

Bu gün Azərbaycanın Müdafiə Nazirliyi bəyanat yayaraq Qarabağdakı vəziyyətin həyəcanlı olduğunu açıq formada göstərdi. Nazirliyin bəyanatında qeyd olunur ki, 10 noyabr 2020-ci ildə Azərbaycan Respublikası Prezidenti, Rusiya Federasiyası Prezidenti və Ermənistan Baş nazirinin imzaladığı üçtərəfli bəyanata uyğun olaraq, Ermənistan silahlı qüvvələrinin qalıqlarının tam şəkildə Rusiya Federasiyası sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərindən çıxarılması təmin olunmayıb.

Müdafiə Nazirliyinin bəyanatında o da vurğulanır ki, son günlər ərzində Ermənistanın üçtərəfli bəyanatı kobud şəkildə pozaraq öz silahlı qüvvələrinin şəxsi heyətini Rusiya Federasiyası sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərinə daşıması, Muxtarkənd, Şuşakənd məntəqələri yaxınlığında, eləcə də Kəlbəcər və Laçın rayonlarının inzibati hüdudlarının şərq istiqamətindəki ərazilərdə yeni erməni postlarını qoyması halları müşahidə olunur.

Azərbaycan Ordusu tərəfindən adekvat tədbirlər görülür və bu kimi hallara imkan verilmir.

Ermənistan tərəfi məqsədyönlü şəkildə vəziyyətin gərginləşdirilməsi üçün bu kimi təxribatlara əl atır. Bildirilir ki, Azərbaycan Ordusu tərəfindən bütün adekvat tədbirlərin görülməsi təmin olunacaq: "Rusiya Federasiyası sülhməramlı qüvvələri üçtərəfli bəyanatın müddəalarına uyğun olaraq müvəqqəti dislokasiya olunduqları Azərbaycan ərazilərində Ermənistan silahlı qüvvələrinin yerləşdirilməsi hallarına son qoymalıdır".

Ardınca İran İslam Respublikasının Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə (XİN) dəvət olundu. Görüşdə səfirin diqqəti İran İslam Respublikasına məxsus yük avtomobillərinin Qarabağa qanunsuz səfər etməsi ilə bağlı aşkar edilmiş arzuolunmaz faktlara cəlb edilib və bununla bağlı qarşı tərəfə nota təqdim edilib.

Əslində nə baş verir? Proseslərin bundan sonrakı axarı necə olacaq?

Bütün bunlarla bağlı siyasi icmalçı Asif Nərimanlının PUBLİKA TV-yə müsahibəsində danışıb. Asif Nərimanlı bildirib ki, Azərbaycan yaxın vaxtlarda Qarabağda yenidən anti-terror əməliyyatlarına başlaya bilər. Ekspertin fikrincə, söhbət Qarabağdakı qanunsuz silahlı birləşmələrin çıxarılmasından gedir.

Müsahibə ilə daha ətraflı aşağıdakı videodan tanış ola bilərsiniz:

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm