Darmadağın edilən erməni mifləri: 44 günlük müharibə nələri sübut etdi?
Bizi izləyin

Nida Təhlil

Darmadağın edilən erməni mifləri: 44 günlük müharibə nələri sübut etdi?

44 günlük Vətən müharibəsi təkcə Azərbaycan torpaqlarında 30 illik erməni işğalına son qoymadı, həm də Ermənistanın illərdir yaratdığı mifləri alt-üst etdi: bu mifləri darmadağın edən Azərbaycan Ordusu, Azərbaycanın Ali Baş Komandanı İlham Əliyev oldu.

I Qarabağ müharibəsində Azərbaycandakı siyasi xaosdan, nizamsız ordunun olmasından istifadə edərək, torpaqlarımızı işğal edən işğal edən Ermənistanda çoxsaylı miflər yaranmışdı:

- “Yenilməz erməni ordusu”;
- “Qəhrəman erməni əsgəri”;
- “Görkəmli erməni sərkərdələri” və s;


Azərbaycan ordusu cəmi 44 gün ərzində Ermənistanın 4-5 ilə işğal etdiyi torpaqları azad etdi və 30 il ərzində uydurulmuş erməni mifləri “qum qalaları” kimi bir anda yoxa çıxdı.

“Yenilməz erməni ordusu” Azərbaycan əsgərinin qarşısında diz çökdü.

Canlı qüvvə itkisi: 6 min erməni hərbçisi məhv edildi, 10 mindən çox hərbçi yaralandı, minlərlə hərbçi itkin düşüb və müharibədən 10 aydan çox vaxt keçməsinə baxmayaraq, hələ də erməni hərbçilərin qalıqlarının axtarışı davam edir.

Məhv edilən hərbi texnika:

- 53 dənə tank əleyhinə vasitələr;
- 4 dənə “Smerç”;
- 97 dənə “Qrad”;
- “Uraqan” - 2, “YARS” - 1, TOS odsaçan - 1, “S-300” zenit-raket kompleksləri - 7 atıcı qurğusu;
- 1 “S-300” radiolokatoru, 2 “S-300” aşkaretmə stansiyası;
- “Oborona” radiolokasiya stansiyası – 1;
- “TOR” zenit-raket kompleksi - 5 dənə;
- “Osa” zenit-raket kompleksi - 40 dənə;
- “KUB” zenit-raket kompleksi - 4 dənə;
- “KRUQ” zenit-raket kompleksi - 1 dənə;
- 14 dənən zastava;
- “S-125” zenit-raket kompleksi - 2 dənə;
- Pilotsuz uçuş aparatları - 22 dənə;
- “Elbrus” əməliyyat-taktiki raket kompleksi – 2;
- Ballistik raket - 1, “Toçka-U” raket kompleksi - 1, radioelektron mübarizə vasitələri - 5 dənə, “R-142” komanda qərargah maşını - 2 dənə, “Nebo-M” radiolokasiya stansiyası - 1 dənə, müxtəlif radiolokasiya stansiyaları - 7 dənə, “Reppelent” radio-texniki maneə vasitəsi - 4 dənə;

Məhv edilən və qənimət götürülən hərbi texnika:

- Özüyeriyən artilleriya qurğuları “Akasiya” və “Qvozdika” – 28-i məhv edilib, 5-i qənimət götürülüb;
- Müxtəlif çaplı toplar – 315-i məhv edilib, 37-si hərbi qənimət kimi götürülüb;
- Minaatanlar – 63-ü məhv edilib, 62-si qənimət götürülüb;
- Xüsusi avtomobillər – 10-u məhv edilib, 93-ü qənimət götürülüb;
- Qumbaraatan – 178-i qənimət götürülüb;
- “Şilka” zenit qurğusu – 5 ədəd qənimət götürülüb;
- Atıcı silahlar – 1380 atıcı silah qənimət götürülüb;
- 7 komanda məntəqəsi, 11 sursat anbarı dağıdılıb;
- Tank – 287-si məhv edilib, 79-u qənimət götürülüb, ümumilikdə 366 tank;
- Piyadaların döyüş maşını – 69-u məhv edilib, 47-si qənimət götürülüb;
- “Su-25” təyyarəsi – 5-i məhv edilib;
- Yük avtomobilləri – 252-si məhv edilib, 270-i hərbi qənimət kimi götürülüb;.

Ermənistanın “yenilməz ordusu”nun hərbi texnikası bu gün Bakıda yaradılmış Qənimətlər Parkındadır.

“Qəhrəman erməni əsgəri” Azərbaycan əsgərinin qarşısında qaçırdı: 10 mindən artıq erməni əsgəri müharibə dövründə fərarilik etdi, bu gün də Ermənistanda fərariliklə bağlı cinayət işləri davam edir. Azərbaycan Ordusunun bir əsgərinin belə fərarilik etməməsi hansı ordunun qəhrəman olduğunun sübutudur.

“Görkəmli erməni sərkərdələri” isə əsgərlərini də ataraq, arxalarına baxmadan qaçdılar: I Qarabağ müharibəsində Xocalı soyqırımını törədən, əliyalın insanlara divan tutan Koçaryan, Sarkisyan, Ohanyan kimi uyfurma “sərkərdələr” müharibənin gedişində Qarabağa gəlmişdilər, lakin Azərbaycan Ordusunun irəliləməsi xəbərindən sonra qorxularından İrəvana qaçdılar. Şuşa əməliyyatında Ohanyanın gizlincə Ermənistana necə qaçdığı hələ də müzakirə olunur. Vətən müharibəsi bir daha sübut etdi ki, “görkəmli erməni sərkərdələri” yalnız qadına, uşağa, əliyalın, silahsız insanlara qarşı vəhşiliklə “qəhrəmanlaşıblar”. Azərbaycan Ordusunun ayaq səsləri bu uydurma qəhrəmanların qaçmasına bəs etdi. Sübut olundu ki, Prezident İlham Əliyevin dediyi kimi, “Fərarilər, satqınlar, cəlladlar, qorxaqlar - onlar ancaq əliyalın əhali ilə müharibə apara bilərlər”.

Vətən müharibəsi eyni zamanda, Ermənistanın uydurduğu “azərbaycanlılar vuruşmayacaqlar” mifini darmadağın etdi. 30 il ərzində uydurulan bu mif özlərini sakitləşdirməyə hesablanmışdı. Onlar hesab edirdilər ki, Azərbaycan vəziyyətlə barışacaq, indiyə qədər müharibə etməyibsə, bundan sonra da etməyəcək. Lakin 27 sentyabr tarixi bu mifin dağılması günü idi və tamamilə məhv olmasına cəmi 44 gün bəs etdi.

Azərbaycan döyüşdü, ləyaqətlə müharibə apardı, qalib gəldi və öz torpaqlarına qayıtdı.

Və bu qayıdış “ermənilər qədim tarixə və mədəniyyətə malikdir”, “Ermənistan Qafqazda mədəniyyət ocağıdır” mifini də alt-üst etdi.

Bəlli oldu ki, Ermənistan işğalda saxladığı torpaqlarımızda daşı daş üstə qoymayıb, əksinə bütün infrastrukturu məhv edib, şəhərləri viran qoyub. Şəhərlərimizin düzəngaha çevrilməsi sübut edir ki, ermənilər nə qədim tarixə, nə də mədəniyyətə malikdirlər. Prezidentin bəyan etdiyi kimi, işğaldan azad edilən torpaqlarımızın viranəyə çevrilməsi “erməni mədəniyyətinin bariz nümunəsidir.

“Onların mədəniyyəti, bax, budur. Bax, bu binalardır, qazılmış qəbirlərdir, dağıdılmış məscidlərdir. Bunu hansısa başqa planetdən gələn yadplanetli yox, erməni edib. Özü də Birinci Qarabağ müharibəsi dövründə yox, müharibədən sonra, məqsədyönlü şəkildə, barbar kimi, vəhşi kimi, vandal kimi, bir-bir evlərin kərpiclərini, daşlarını söküb aparıb özləri üçün daxmalar tikiblər”, - dövlət başçısı bildirib.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm