Nida Təhlil
Vaşinqton və Moskvanın Əfqanıstan açıqlaması: terror ssenarisi işə düşür
Taliban Əfqanıstanda terrorun yayılmasına imkan verməyəcəyi vədini versə də, Moskva və Vaşinqtondan gələn açıqlama diqqət çəkir.
Pentaqon bildirir ki, "Taliban" aprel-iyun ayları ərzində Əfqanıstanda "Əl-Qaidə" üçün sığınacaq təmin etməyə davam edib. "Əl-Qaidə" ilə "Taliban" arasında münasibətlər qalmaqdadır.
İstisna deyil ki, Baydenin Əfqanıstandan çıxmaq qərarına qarşı çıxan Pentaqonun Konqresə təqdim etdiyi hesabatla mövqeyini gücləndirmək istəyir. Baydenin “Suriya və Şərqi Afrikada terror təhdid Əfqanıstandan daha ciddidir” açıqlaması da Vaşinqtonda fikir ayrılığını göstərir.
Lakin ABŞ-ın Əfqanıstandan çıxmağının arxasındakı mümkün planlar "Taliban"-"Əl-Qaidə" ittifaqının gündəmə gətirilməsinin hədəfini anlamağa imkan verir. "Taliban"ın hakimiyyətə gəlişindən sonra Qərb mediasının Əfqanıstanla bağlı xəbər lentinin motivləri də bu kontekstdə təsadüfi deyil.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
ABŞ Əfqanıstanda və Əfqanıstan üzərindən bölgədə xaosun inkişaf etməsində maraqlıdır.
Moskva isə artıq “təhlükə zəngini” çalır. Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev deyir ki, Əfqanıstandakı terror təşkilatları gələcəkdə Mərkəzi Asiyaya, Çinin Sintzyan bölgəsinə, İranın şimalına və Hindistana yönələ bilər.
Rusiyanın hədəfi məlumdur: Mərkəzi Asiyanı “xarici təhlükə” qarşısında öz çətiri altında birləşməsini sıxlaşdırmaq və Orta Dəhliz üzərində qeyri-sabitliyə nail olmaq;
Burada Moskva və Vaşinqtonun maraqlarının uzlaşdığı məqamlar da var: "Taliban"ın irəliləməsinin Bayden-Putin görüşündən sonra sürətləndiyi də diqqətdən qaçmamalıdır.
Asif Nərimanlı
-
Magazin203:44"Oscar" mərasiminə qatılmaq əvəzinə Ukraynaya gedən Şon Pennin fotoları yayıldı
-
Dünya02:00İran dünyanın ən böyük maye qaz kompleksinə zərbə endirdi - Qətər sərt addım atdı
-
Qoroskop01:40Günün ulduz falı: gələcəklə bağlı planlarınızı yenidən nəzərdən keçirin!
-
Dünya00:55Xəzər dənizindəki İran gəmiləri vuruldu
-
ABŞ18 Mart 21:39ABŞ vizası almaq istəyənlərin nəzərinə: On beş min dollar və ya…
-
Dünya18 Mart 20:12İranın xəbərdarlığı bazarları silkələdi: Neft obyektləri boşaldılır
-
İnanc18 Mart 19:50Ramazanın 29-cu günü: Dua, imsak və iftar vaxtı...
-
Kriminal18 Mart 19:4016 yaşlı Nuranəni boğaraq Kürə atan şəxsin cəzası ağırlaşdırıldı





































