Nida Təhlil
Prezident Kəlbəcərdə Ermənistanın havadarlarına mövqeyimizi açıqladı - Deputat
"Prezident İlham Əliyev Kəlbəcər və Laçın rayonlarına səfəri çərçivəsində Ermənistana və havadarlarına, post-müharibə dövründə yaranmış vəziyyətlə bağlı Azərbaycanın mövqeyini açıqladı. Qəti və ciddi mesajlarını çatdırdı. Reallıq ondan ibarətdir ki, Paşinyan hakimiyyəti 10 noyabr Bəyannaməsinin tam şəkildə icrasından yayınır".
Bunu Publika.az-a millət vəkili Nəsib Məhəməliyev deyib.
Millət vəkili bildirib ki, açıq danışsaq, Qərbin bəzi dairələrindən, İrandan və sülhməramlı qüvvələrdən aldığı dəstəyə arxalanaraq, Zəngəzur dəhlizinin açılmasını ləngidir:
"Qarabağa silah-sursat daşıyır, sərhəd məsələlərində cığallıq edir. Mənə elə gəlir ki, cənab Prezident bütün bunları nəzərə alaraq, diplomatik müstəvidə aparılacaq danışıqların konturunu cızdı. Əldə olunmuş razılaşmalar icra okunmadığı halda, Azərbaycanın əlində kifayət qədər imkanlar var ki, tarixi ədalət bərpa olunsun. Konkret olaraq, soydaşlarımızın Zəngəzura, Göyçəyə və digər tarixi Azərbaycan torpaqlarına qayıtmasına gəldikdə isə, bu zamana bağlı məsələdir".
Millət vəkilinin fikrincə, hadisələri tələsdirmək lazım deyil:
"Müasir dünyada proseslər olduqca sürətlə inkişaf edir. Ötən il bu vaxt heç birimiz düşünə bilməzdik ki, təxminən iki ay-yarımdan sonra biz Şuşanı azad edəcəyik. Hər şey zərgər dəqiqliyi ilə ölçülüb-biçilməli, mərhələli şəkildə həllini tapmalıdır. İndiki halda əsas məsələ, üçtərəfli razılaşmanın bütün şərtləri icra olunması, sərhədlərin delimitasiya-demarkasiya məsələlərinin başa çatdırılması, sülh müqaviləsinin bağlanmasına nail olmaqdan ibarətdir. Elə etməliyik ki, proseslərdən maksimum az itki ilə çıxaq. Ölkə Başçısının tarixi torpaqlara qayıdışla bağlı səsləndirdiyi fikirlərə münasibətim müsbətdir və hesab edirəm ki, strateji baxımdan çox da uzaq olmayan gələcəyə hesablanmış siyasətin başlanğıcıdır".
Tural Turan
-
Rəsmi xronika15:18İlham Əliyev sərəncam imzaladı
-
Dünya14:58Türkiyə müharibəyə hazırlaşır: Orduya görün hansı tapşırıq verildi
-
İdman14:28Ulduz futbolçu kubokları bu gözəllə birlikdə qazanır - FOTOLAR
-
Magazin114:15Toya 700 qonaq çağırıb: Gəlininə nə hədiyyə edəcək?
-
İqtisadi gündəm13:16Qiymət artımını necə dayandırmaq olar? - Deputat açıqladı
-
Yaxın Şərq12:40Çindən İrana həlledici zəng: Bunu etməlisiniz!
-
Dünya11:52Qətliam törədən yeniyetmələri birləşdirən ŞOK DETAL - Hər ikisi...
-
Hadisə10:33Bu yolda qaya uçdu: Hərəkət dayandı







































