Nida Təhlil
Belə lövhələrin quraşdırılması bizi qürurlandırır
“30 illik işğaldan sonra tarixi torpaqlarımızda suverenliyimizin təzahürü kimi qəbul edilə biləcək lövhələrin quraşdırılması bizi qürurlandırır”.
Bunu Publika.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.
Politoloq qeyd edib ki, bu cür lövhələrin quraşdırılması Ermənistan tərəfindən nifrətlə qarşılanır və onların daxilində təşvişə səbəb olub: “Zəngəzurun “qubernatoru” həmin ərazidən keçərkən özünü pis hiss etdiyini qeyd edir və azərbaycanlıları görməkdən narahat olduqlarını deyir. Onlar hər zaman başqa xalqlara qarşı kinli münasibət bəsləyib. Bu, onların xarakteri və milli xüsusiyyəti ilə bağlı olan bir məsələdir. Ermənilərin keyfiyyətsiz hərəkətlərini artıq bütün dünya görüb. Onlar Qərbi Azərbaycana gəlmə xalqdır. Bu ərazilərdə tarixən azərbaycanlılar yaşayıb, sonradan isə ermənilər buraya köç edib. 30 il bundan əvvəl işğal etdikləri torpaqlarda gördükləri mənzərəni heç cür həzm edə bilmirlər”.
Q.Hüseynli vurğulayıb ki, erməni millətinin xəstə olduğunu içlərindən çıxmış şəxslər də deyib: “Ukraynada yaşayan milliyyətcə erməni olan Filip Qriqoryan da söyləyib ki, ermənilər üçün ən pis şey onların yaratdıqları saxta tarixdir. Onlar öz mənəviyyatların itirir və başqa xalqlara nifrətlə yanaşır. Ermənilər elə düşünür ki, dünyadakı hər şeyin yaradıcısı onlardır və bu cür yaşayırlar. Erməni xalqı özünəvurğunluqdan əl çəkmədikcə hər zaman əziyyət çəkəcək. Ermənistanın başqa dövlətlərə və xalqlara olan nifrəti yalnız özünə ziyan vurub. Məğlubiyyətdən sonra ermənilər sülh haqqında bəyanatlar səsləndirməyə başladılar. Ancaq onların bəyanatları ilə atdıqları bəzi addımlar düz gəlmir. Ermənistanın tək çıxış yolu qonşu dövlətlərlə mehriban əlaqə yaratmaqdır”.
Rahib Ələsgərov
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu
-
Nida Xəbər 17 Sentyabr 19:50Nəsimi buranı görsə, hüsnünə heyran olardı - VİDEO




































.jpg)


