Nida Təhlil
Bu müqavilə Azərbaycan tarixində böyük əhəmiyyətə malikdir - Şərh
“Ulu öndər Heydər Əliyevin göstərdiyi səylər nəticəsində dünyanın müxtəlif ölkələrindən gəlmiş neft şirkətlərinin iştirakı ilə “Əsrin müqaviləsi” imzalandı. Bu müqavilədə böyük neft şirkətlərindən səkkizi iştirak edirdi”.
Bunu Publika.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.
Politoloq qeyd edib ki, bu müqavilə həm dünya, həm də Azərbaycan tarixində böyük əhəmiyyətə malikdir: “Sazişdə Böyük Britaniyanın “BP”, Rusiyanın “Lukoil” kimi şirkətləri və digər böyük ölkələr iştirak edib. Azərbaycan yaxın qonşularının maraqlarını nəzərə alaraq İrana da təxminən 6,5% pay ayırıb. Beləliklə, Xəzər dənizinin şelfində böyük neft və qaz ehtiyatlarının işlənməsi barəsində müqavilə imzalandı. Həmin vaxtlarda Azərbaycan ağır vəziyyətdə idi. Çünki yenicə müharibədən çıxmışdı və torpaqları işğal olunmuşdu. Bəzi ölkələr isə bu müqavilənin imzalanmasına mane olmaq istəyirdi, ancaq bunun qarşısı alındı”.

Q.Hüseynli vurğulayıb ki, “Əsrin müqaviləsi” bağlandıqdan sonra böyük neft şirkətləri Azərbaycana bonuslar ayırmağa başlayıb: “Bu bonuslar gələcəkdə yeni neft yataqlarının istismarı üçün lazım olan infrastrukturun yaradılması üçün verilir. Çox qısa müddət ərzində Qaradağ rayonunda Bakı Dərin Özüllər Zavodu yenidən quruldu. Bundan sonra “BP”nin texnologiyaları vasitəsilə orada dənizin ən dərin qatlarında neft quyularını qazmaq üçün üzən qurğular istehsal edildi. Bu gün isə Azərbaycan regionda dənizin dərin qatlarında neft quyuları qazmaq üçün lazımi avadanlıqlar istehsal edə bilir. Bu zavodlar işə düşdükdən sonra “Günəşli”, “Çıraq”, “Azəri” deyilən və dənizin dərinliyində yerləşmiş neft quyularının qazılmasının birinci mərhələsi başladı. Beləliklə, təxminən 2 il ərzində həmin neft quyularından ilk neft çıxarıldı. Əldə edilmiş neftin bir sıra ölkələrə ixrac edilməsi üçün o zamanlar neft marşrutları üzərində işlər aparıldı. Ulu öndər Heydər Əliyevin uzaqgörənliyi sayəsində neft ehtiyatlarını Aralıq dənizinə daşımaq üçün Bakı-Tbilisi-Ceyhan neft kəməri marşrutu müəyyənləşdirilərək inşa edilməyə başlandı. Azərbaycan bununla həm neft ehtiyatlarının işlənməsi, həm də ixrac edilməsi sahəsində çox böyük layihəni həyata keçirdi. 1995-ci ildə Bakı-Tbilisi-Ceyhan neft kəməri artıq hazır idi. “Əsrin müqaviləsi” Azərbaycanın iqtisadi-siyasi həyatında böyük dirçəlişə səbəb oldu”.
Rahib Ələsgərov
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp












.png)
















.jpg)
.jpg)





