Nida Təhlil
Bu ideologiya bütün dünyada qadağandır - Asim Mollazadə
“Ölkə Prezidenti İlham Əliyevin BMT-nin Baş Assambleyasının 76-cı sessiyasındakı çıxışında əsl həqiqətləri dünyaya açıqlamasının əsas məqsədi ondan ibarətdir ki, Nürnberq məhkəməsində “SS” üzvlərinin hamısı cinayətkar hesab olunub. Qaregin Njde də “SS”in fəalı kimi Holokost soyqırımında iştirak edib. Sovet vətəndaşlarını qırıb. Bundan əvvəl isə o, türk nifrətini sərgiləyən Himmlerin, Hitlerin ideologiyasının etibarlı müttəfiqi olub. Təbii olaraq, Q.Njde vaxtında həbs edilib və öz cəzasına çatıb. Lakin “SS”in və faşizmin bütün “dəyərləri” beynəlxalq hüquq normalarına görə Nürnberq məhkəməsinin qərarı ilə cinayət sayılıb. İnsanlığa qarşı cinayət kimi qəbul edilib. Ermənistanın paytaxtında Qaregin Njdeyə heykəl ucaldılması, Azərbaycanın işğal edilmiş ərazilərində Njdeyə heykəllər qoyulmasının səbəbi odur ki, Ermənistanın Azərbaycan xalqına qarşı törətdiyi bu fəlakətlərin, qətliamların hamısı onun faşizm ideologiyasının əsasında həyata keçirilib”.
Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Asim Mollazadə deyib. O bildirib ki, ermənilər mülki əhalimizə qarşı qəddarlıqları ilə yadda qalıblar:
“Qətllər törədiblər. Uşaqları, qadınları öldürüblər. Xocalı, Qaradağlı, Başlıbel, Ballıqaya, Ağdaban soyqırımılarını gerçəkləşdiriblər. Bu soyqırımıların hamısı Njdenin faşizm ideologiyasının tərkib hissəsidir. Bu ideologiya bütün dünyada qadağandır. Çox təəssüf ki, ermənilərin 30 il ərzində törətdiyi bütün cinayətlərə göz yumulub. Azərbaycan vətəndaşları öz yurd-yuvalarından didərgin salınıb. Etnik təmizləmələr həyata keçirilib. Dünya birliyi tərəfindən bu cinayətlərə göz yumulub. Beynəlxalq hüquq işləməyib. Beynəlxalq hüquq normaları sadəcə qətnamələr qəbul edib və bununla kifayətlənib. Lakin qətnamələrin icra mexanizmlərinin işləməməsi cinayətkarları yeni təxribatlara təhrik edib. Zənnimcə, Prezident məhz ona görə də BMT-nin Baş Assambleyasındakı çıxışında beynəlxalq hüquqa hörmət etməyə çağırıb. BMT-nin yaranması da Nürnberq məhkəməsindən sonraya təsadüf edib”.
Deputatın sözlərinə görə, bütün təməl sənədlərdə bu normativlər öz əksini tapıb:
“Belə çıxır ki, ermənilər cinayətlər törədirlər və həmin cinayətlər cəzasız qalır. Cinayətkar cəzasız qalanda isə öz əməllərini davam etdirir. Mənə elə gəlir ki, bu cür yanaşma doğru deyil. Azərbaycan dünyaya mesaj verir ki, 2-ci Dünya müharibəsi zamanı Azərbaycan 300 mindən artıq vətəndaşını itirib. Hətta Azərbaycan faşizm üzərində qələbəyə ən böyük töhfələri verib. Bizim ölkədə heç zaman faşizmin “dəyərləri” qəbul olunmayıb. Bizdə milli ənənə ondan ibarətdir ki, həmişə müxtəlif xalqlara, dinlərə hörmət edilib. Bu istiqamətdə minillik tariximiz var. Ona görə də faşizm Azərbaycanı özünə hədəf kimi seçib. Erməni faşizmi Azərbaycanda uşaqları, qadınları qətlə yetirib. Məhz buna görə də Azərbaycan hər zaman beynəlxalq hüquq normalarına arxalanaraq faşizmin layiqli cavabını verib. Ölkəmizin həyata keçirdiyi Vətən müharibəsi faşizmə qarşı olan müharibə idi. Azərbaycan hər bir addımını dünyanın qəbul etdiyi hüquqi əsaslarla həyata keçirib”.
Tural Turan
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp




























.jpg)
.jpg)





