Nida Təhlil
Bu, müharibədə dönüş nöqtəsi oldu - Politoloq
“Həmin o şanlı qələbədən artıq 1 il ötür. Ermənistan ordusu 27 sentyabrda Azərbaycanın mülki əhalisinə atəş açdıqdan sonra ordumuz əks-hücum əməliyyatlarına başlayıb. Bu əməliyyatlar nəticəsində 4 oktyabrda Cəbrayıl rayonu işğaldan azad olunub”.
Bunu Publika.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.
Politoloq qeyd edib ki, Azərbaycan Ordusu ciddi həmlələr edərək qısa müddətdə torpaqlarımızdan işğalçıları qovub: “Bəzi erməni generallar qeyd edib ki, Cəbrayılın azad olunması ilə Ermənistan ordusunda ciddi ruh düşkünlüyü və fərarilik yaranmışdı. Azərbaycan Ordusu cəsarətlə öz torpaqlarını işğalçılardan azad edib. Müharibənin gedişatını izləyən ekspertlər aydın görürdülər ki, Füzuli və Cəbrayıl azad olunduqdan sonra digər rayonlarımızda tez bir zamanda ermənilərdən təmizlənəcək”.
Q.Hüseynli vurğulayıb ki, Ordumuzun qazandığı zəfərlər ermənilər kapitulasiya aktını imzalamağa məcbur etdi: “Müharibə getdiyi müddətdə ruslar daha həyəcanlı idi və onlar anlamışdılar ki, Azərbaycan ordusu bütün Qarabağı qısa müddətdə işğaldan azad edəcək. Cəbrayılın ermənilərdən təmizlənməsi müharibədə kəskin dönüş yaratdı. Rusiya dövlətinin vasitəçiliyilə Ermənistan kapitulasiya aktını imzaladı və məğlub olduğunu qəbul etdi. Kəlbəcər, Laçın, Ağdam rayonları isə müharibə bitdikdən sonra boşaldılıb Azərbaycan tərəfinə təhvil verildi. Ordumuzun əks hücuma keçib, Cəbrayılı azad etməsi qarşı tərəfdə qorxu hissini daha da artırmışdı. Cəbrayılın Şanlı Azərbaycan Ordusu tərəfindən azad olunması ermənilər üzərində qazanılan zəfərin başlanğıcı oldu”.
Rahib Ələsgərov
-
Dünya10:03Tehranda Netanyahunun oxşarı tapıldı: Ara qarışdı - FOTO
-
Magazin208:36Məşhur aktyor ürək çatışmazlığından vəfat etdi - FOTO
-
Ekologiya07:17Bu gün yağış yağacaq - PROQNOZ
-
İdman06:46Fransa millisinin yarımmüdafiəçisi zədələndi
-
Magazin206:16Halit, Kılıç, Ersoy Ulubey bir arada - “Kurtlar Vadisi” geri döner
-
Avropa04:14Paşinyan Parisdən Antalyaya gedəcək
-
Yaxın Şərq02:12Əbu-Dabi görüşünün növbəti raundu ilə bağlı qərar verildi
-
Avropa00:45Rusiyaya casusluq edən ABŞ əsgəri bu ölkədə yaxalandı - İttiham












.jpg)


.jpg)





.png)


















