Yeni virusdan necə qorunaq? - AÇIQLAMA
Bizi izləyin

Nida Təhlil

Yeni virusdan necə qorunaq? - AÇIQLAMA

Bir sıra ölkələrdə, o cümlədən region ölkələrindən Rusiyada COVID -19 virusunun yeni mutasiyası - AY.4.2 yayılmağa başlayıb. Bildirilir ki, mutasiya olunan yeni virus "delta" ştamı ilə müqayisədə daha yoluxucudur. Bir nəfərin təxminən 9 nəfəri yoluxdura bilməsi barədə məlumatlar var.

Yeni mutasiya daha çox kontakta meyillidir, onun simptomları daha qısa zaman kəsiyində özünü büruzə verir. AY.4.2-yə yoluxmuş şəxslərin xəstəliyi ağır keçirməsi, hətta uşaqların da yoluxması halları müşahidə olunur. Yeni virusun Azərbaycanda yayılma ehtimalı nə qədərdir?

Milli Məclisin deputatı Musa Quliyev Publika.az-a açıqlamasında söyləyib ki, virus öz xarakterini və formasını çox tez-tez dəyişir və sürətlə mutasiyaya uğrayır: “Təzə mutasiyaya uğramış virusların hansılar olacağını da indidən bilmək çətindir. Bizi narahat edən odur ki, hər təzə gələn dalğa və yeni mutasiya əvvəlkindən daha təhlükəli olur. Yoluxduruculuq qabiliyyətinin yüksək olması ilə seçilir. “Delta” ştamı – buna Hindistan ştamı da deyirlər – əvvəlkindən, Britaniya ştamından daha yoluxdurucu olması ilə yadda qaldı. Onun ölüm sayları da daha çox oldu. Təzə gələn ştam da belə olacaq. Yeni ştam hələ ki, Azərbaycanda yoxdur, amma gələcək. Ondan qorunmaq üçün hər bir vətəndaş, eləcə də hökumətimiz öz üzərinə düşəni etməlidir. Tibbi maskadan istifadə etmək lazımdır. Hətta mən bayırda, açıq havada da maska ilə gəzməyi tövsiyə edirəm”.

Deputat bildirib ki, artıq mövsümü xəstəliklər də artmağa başlayıb: “Axırda biz bunu bir-birinə qarışdıracağıq. Sonra bilməyəcəyik ki, koronavirusdur, ondan müalicə alaq, yoxsa zökəmdir, gündəlik xəstəlikdir və ya yuxarı tənəffüs yollarının başqa xəstəlikləridir. Ona görə də yaxşı olardı ki, tibbi maska ilə gəzək və mövsümü paltarlarımıza, ayaqqabılarımıza riayət edək. Mövsümə uyğun geyinmək və sosial məsafəni mütləq gözləmək lazımdır. Son vaxtlar bizdə sosial məsafə məsələsi tamam yaddan çıxıb. Bu, marketlərdə, restoranlarda, ictimai nəqliyyatda da belədir. İnsanlar elə düşünür ki, bir-iki vaksin vurdurublar, bununla da hər şey qurtardı, belə deyil. Bu istiqamətdə ictimai maarifləndirici tədbirləri daha da gücləndirməliyik. Vaksinasiya prosesi davam etdirilməlidir. Əgər məktəblər əyani dərsə davam edəcəksə, o zaman ən azından yuxarı sinif şagirdlərinin vaksinasiyası məsələsi müzakirəyə çıxarılmalıdır”.

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm