Nida Təhlil
Onlar dünyaya qəti mesaj verdilər - Politoloq
“26 oktyabrda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın II Qarabağ savaşından sonra 3-cü səfəri gerçəkləşdi. Bu səfər çərçivəsində Azərbaycan Prezidenti cənab İlham Əliyev və Türkiyə lideri cənab Rəcəb Tayyib Ərdoğan Füzuli Beynəlxalq Hava Limanının açılışını etdilər, Zəngəzur dəhlizinin təməlqoyma mərasimində iştirak etdilər və təqribən İran sərhədindən 10 kilometr məsafədə yerləşən Zəngilan rayonunun Ağalı kəndində birgə mətbuat konfransında iştirak etdilər”.
Publika.az xəbər verir ki, bu sözləri politoloq Samir Hümbətov qeyd edib. Ekspert bildirib ki, Türkiyə Prezidentinin Füzuli Beynəlxalq Hava Limanının tikintisindən sonra ilk xarici qonaq kimi bu hava limanına gəlişi və ölkə başçısı ilə birgə onun açılışında iştirak etməsi, hava limanının rəmzi açarlarını götürməsi siyasi mesaj xarakteri daşıyır:
“Bu o deməkdir ki, Füzuli Beynəlxalq Hava Limanı qapılarını ilk xarici ölkə olaraq Türkiyə təyyarələrinin üzünə açmış oldu və ehtimal olunur ki, Türkiyənin İstanbul, Ankara, İzmir və Bursa kimi böyük şəhərlərindən bura mütəmadi uçuşlar həyata keçirilə bilər. Bu isə qardaş Türkiyə şirkətlərinin Qarabağın yenidən qurulmasında daha da aktiv şəkildə iştirakını təmin etməklə yanaşı, həm də türk iş adamlarının regiona gəlişinin asanlaşmasına şərait yaratmış olur. Hər iki ölkə başçısının Zəngəzur dəhlizinin təməlqoyma mərasimində birgə iştirakı isə region və dünya dövlətlərinə verilmiş digər önəmli mesajlardan biri hesab edilə bilər. Bu təməlqoyma mərasiminin baş tutması ilə hər iki ölkə lideri açıq şəkildə bildirdi ki, Zəngəzur dəhlizinin açılmasına kimin qarşı çıxmasından asılı olmayaraq, bu dəhliz mütləq açılacaq.
Nəhayət, iki ölkə rəhbəri arasında baş tutan həm təkbətək görüş, həm də birgə keçirdikləri mətbuat konfransı seçildiyi yer və konfransda söylənilən fikirlər baxımından vacib əhəmiyyətə malik mesaj kimi qəbul edilə bilər. Onu da qeyd etmək lazımdır ki, Türkiyə Prezidentinin Azərbaycana səfərindən və burada iştirak etdiyi tədbirlərdən sonra Rusiya mətbuatında Azərbaycana qarşı ritorikanın dəyişməsi və nisbətən aqressiyanın artması hiss edilməkdədir. Bu aqressiya içərisində əsas yeri Dağlıq Qarabağ termininin işlədilməsi tutur”.
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp




























.jpg)
.jpg)





