• USD 1,7000 0,00% EUR 1,9208 0,00%
    • GBP 2,2592 0,00% RUB 0,0230 0,00%

Ermənilər buna görə təxribat törədir - Fikrət Sadıqov

Ermənilər buna görə təxribat törədir - Fikrət Sadıqov

“Son 1 il ərzində regionda geosiyasi vəziyyət tamamilə dəyişib. Azərbaycan dünyaya sübut etdi ki, öz torpaqlarını işğaldan azad etməyə qadirdir. Biz hər kəsə göstərdik ki, həm diplomatik müstəvidə, həm də hərbi istiqamətdə öz addımımızı atırıq”.

Bunu Publika.az-a açıqlamasında politoloq Fikrət Sadıqov deyib.

Politoloq qeyd edib ki, biz son 1 ildə azad olunmuş torpaqlarda böyük quruculuq işləri aparmışıq: “Həmin ərazilərdə infrastruktur obyektləri və evlər tikilir. Bir sıra mütəxəssislər və xarici investorlar vasitəsilə orada irimiqyaslı işlər aparılır.

Azərbaycan dünyanın aparıcı ölkələri ilə münasibətlərini inkişaf etdirir. Biz hər dəfə bəyan etmişik ki, Ermənistanla da danışıqlardan imtina etmirik. Azərbaycan öz tələblərini Ermənistan tərəfinə çatdırıb. Onlar hər dəfə status məsələsini ortaya atır, ancaq biz birmənalı olaraq bu məsələnin olmayacağını demişik. Əsas məsələ odur ki, Ermənistan tərəfi 10 noyabr bəyannaməsinin bütün bəndlərinə riayət etsin. Ermənistan bizə qarşı şərt qoya bilməz. Kommunikasiyaların açılması məsələsi isə yaxın zamanda öz həllini tapmalıdır. Azərbaycan bu istiqamətdə praktiki addımlar atır və bütün bu məsələlər yaxın zamanda həll olunacaq. Ermənistan məğlub olmuş bir ölkə kimi nəyəsə qadir olduğunu sübut etmək istəyir. Ermənistan hakimiyyəti başa düşür ki, danışıqlar vasitəsi ilə bütün problemlər həll olunmalıdır. Onlar bu danışıqlar vasitəsi ilə müəyyən öhdəlikləri yerinə yetirməlidirlər. Yəni bəyannamənin bir sıra bəndləri yaxın zamanda icra olunmalıdır. Onlar bəzi təxribatlar törətməklə danışıqlar prosesinin yubanmasını istəyirlər. Ancaq ermənilər başa düşməlidirlər ki, heç kim Azərbaycanla güc yolu ilə münasibət yarada bilməz. Biz isə ermənilərdən fərqli olaraq alicənablıq nümayiş etdiririk. Azərbaycan ermənilərin təxribatlarına baxmayaraq, dünyaya göstərir ki, əməkdaşlıq etməyə hazırdır”.

Rahib Ələsgərov

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR