Nida Təhlil
Azərbaycan Ermənistana xəbərdarlıq edib ki... - Politoloq
“Ermənistanın müdafiə naziri Qaragöl ərazisinə gəldikdən bir neçə gün sonra erməni tərəfi həmin ərazidə təxribat törətdi”.
Bunu Publika.az-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib.
Politoloq qeyd edib ki, bu cür təxribatların törədilməsinin səbəbi gələcəkdə prezidentlərin ola biləcək görüşünün ahəngini pozmaqdır: “Gələcəkdə olacaq görüşdə sərhədlərin demarkasiya və delimitasiyası məsələsi gündəmdədir. Ermənistan tərəfi sərhəddə təxribatlar törətməklə sərhədlərin dəqiqləşdirilməsi prosesini ləngitmək istəyir. Biz Ermənistana xəbərdarlıq etmişik, ancaq onlar buna riayət etməsə, sərt addımlar atacağıq. Azərbaycan Ordusu ermənilərin törətdikləri təxribatlara layiqincə cavab verir. Ordumuz Qaragöl ərazisində onların yaratdığı insidentin qarşısını alıb və onları tərk-silah edib. Bundan sonra isə Rusiya tərəfinə xəbərdarlıq edilib və onlar geri qayıtmağa məcbur olublar. Azərbaycan Ermənistana rəsmi olaraq xəbərdarlıq edib ki, bu cür hallar təkrarlanarsa, sərt tədbirlər görüləcək. Yəni bu cür hallar baş verməyə davam edərsə, sərt toqquşmalar ola bilər. Ermənistan dövləti yaxşı düşünməlidir, əgər belə insidentlər yaratmağa cəhd göstərərlərsə, biz onları məhv edəcəyik. Onlar başqa cür başa düşmürlər, yəni biz bölgədə sülhün yaranması üçün addımlar atdıqca onlar bunu pozmaq istəyir. Təcrübə göstərir ki, Ermənistan hakimiyyəti danışıqlar yolu ilə deyil, güc yolu ilə nəyisə başa düşür”.
Rahib Ələsgərov
-
Magazin106:16Aynur Dadaşova səhhətindəki problemdən danışdı
-
Ekologiya04:05Azərbaycana payız fəsli daxil oldu
-
Pul03:43Gələn il dollar neçəyə olacaq? - İLKİN EHTİMALLAR
-
İdman00:30Totti etiraf etdi: “Bunu edə bilərdim, amma “Roma”ya xəyanət etmədim”
-
Qoroskop00:00Günün ULDUZ FALI - O sizə ən doğru yolu göstərəcək
-
Magazin122 Sentyabr 23:20Aktyor Rəşad Səfərov xəstəxanaya yerləşdirildi
-
Nida Xəbər 22 Sentyabr 23:00Özbəkistan Naxçıvana görə işçi qrup yaratdı
-
ABŞ22 Sentyabr 22:36Tramp-Zelenski görüşü başladı - VİDEO





































