Nida Təhlil
Bu, tarixi hadisədir - Səməd Seyidov
“Azərbaycan və Türkiyə - iki qardaş ölkə siyasi arenada bir-birlərinə dəstəklərini nümayiş etdirir. Azərbaycan Prezidentinin Türk Dünyasının Ali Ordeni ilə təltif olunması da buna nümunədir”.
Bunu Publika.az-a açıqlamasında millət vəkili Səməd Seyidov deyib.
Deputat qeyd edib ki, gələcəkdə birlikdə fəaliyyət göstərmək istəyən ölkələr bu gün Türkiyədə bir araya gəliblər: “Biz türk dövlətləri olaraq bu əlaqələri ən yüksək səviyyəyə qaldırdıq. Azərbaycanla Türkiyə arasında ən yüksək səviyyədə strateji müttəfiqlik əlaqələri mövcuddur. Bu müttəfiqlik o deməkdir ki, Türkiyənin gücü Azərbaycanın, Azərbaycanın gücü isə Türkiyənindir”.
S.Seyidov vurğulayıb ki, Azərbaycan Prezidentinin yüksək səviyyədə qarşılanması və Türk Dünyasının Ali Ordeni ilə təltif olunması tarixi hadisədir: “Müasir beynəlxalq münasibətlərdə məhz Türkiyənin yüksəlişi ilə Azərbaycanın müstəqilliyi də möhkəmlənir. Azərbaycanın güclənməsi və əzəli torpağı olan Qarabağı işğaldan azad etməsi Türkiyənin də yüksəlməsinə təkan verir. Azərbaycan dövləti də hər zaman Ərdoğanı yüksək səviyyədə qarşılayıb. İlham Əliyev türk dünyasının inkişaf etməsində böyük işlər görüb. Azərbaycanın Türk Dövlətləri Şurasına rəhbərlik etdiyi 2 il ərzində adı çəkilən təşkilatın dünya miqyasında nüfuzu daha da artıb. Bu gün artıq onun nəticələrini birlikdə görməkdəyik”.
Rahib Ələsgərov
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi






.jpg)




























.jpg)
.jpg)
