Nida Təhlil
35 yaşlı Papikyan kimdir?
Ermənistanın 35 yaşlı yeni müdafiə naziri Suren Papikyan tarix müəllimidir. İrəvan Dövlət Universitetini bitirib.
Bir müddət orta məktəbdə dərs deyib. Yəni mülki şəxsdir, hərbçi deyil. Paşinyanın komandasının fəallarındandır. Paşinyan bu adamı müdafiə naziri təyin etməklə bir neçə məsələni həll etməyə çalışacaq:
Birincisi, Ermənistan ordusunun rəhbərliyinə hərbçilərin təyin olunması erası bitdi. Ordu 18-20 yaşlı uşaqlardan deyil, peşəkarlardan qurulacaq.
İkincisi, cəbhədəki vəziyyətə və rusquyruq komandirlərin özbaşınalıqlarına nəzarət etmək üçün mülki şəxsin gəlməsi vacibdir.
Üçüncüsü, Papikyan delimitasiya və demarkasiya məsələlərinin həlli zamanı erməni hərbçilərini "neytrallaşdıra biləcək" adamdır.
Dördüncüsü, Paşinyan onu müdafiə naziri təyin etməklə ordu içərisində etibarlı adamının olmamasını göstərmiş oldu. Azərbaycanla sərhəddəki gərginliyi də Nikol Vovayeviç 1986-cı il doğumlu Papikyanla çözməyə çalışacaq. Çünki tarix dərsindən 2 alan ermənilərə ancaq öz "tarixçiləri" real vəziyyəti başa sala bilər, təbii ki, onların başa düşəcəyi bir dillə...
Beşincisi, Qarabağdakı erməni qoşunlarının qalıqlarını da Papikyan tarix müəllimi "siması" ilə çıxaracaq. Bunun üçün onun pafoslu çıxışları istisna deyil. Yəni Papikyandan pafoslu fikirlər eşitsəniz, həyəcanlanmayın.
Altıncısı, Papikyan bu mürəkkəb mərhələnin adamıdır, daimi deyil, vəziyyət düzələn kimi Paşinyan hakimiyyətinin hazırlayacağı peşəkar hərbçiyə öz işini təhvil verib gedəcək.
Tural Turan
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi






.jpg)




























.jpg)
.jpg)
