Nida Təhlil
Paşinyan Karapetyanı niyə Papikyanla əvəzlədi? – DETALLAR
“Əgər bir ölkəyə dövlətçilik təcrübəsi olmayan Nikol Paşinyan kimi jurnalist rəhbərlik edirsə, həmin ölkənin Müdafiə Nazirliyinə də bu sahədə təcrübəsiz bir tarix müəllimi rəhbər posta gətirilə bilər. Onların qəbul etdiyi qaydalara görə, müdafiə naziri mülki şəxs olmalıdır. Hərbi məsələlərə isə sırf qərargah rəisi baxmalıdır. Ermənistan-Azərbaycan ərazisindəki və Qarabağdakı erməni təxribatları İrəvandakı idarəetmənin zəif olduğunu göstərir”.
Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Rasim Musabəyov deyib. Deputat qeyd edib ki, söhbət kiminsə hansısa ixtisas sahibi olmasından getmir:
“Məsələn, Merqalaşvili mühəndis idi. Onun təhlükəsizlik sisteminə aidiyyəti yox idi. Amma o, Gürcüstanda təhlükəsizlik qurumlarını kökündən dəyişdi. Ermənistanda vaxtilə güllələnən müdafiə naziri Vazgen Sarkisyan estetika və teatral məsələlərlə məşğul idi. Amma o, Birinci Qarabağ müharibəsində müdafiə naziri kimi özünü təsdiqləmişdi. Ona görə də ixtisas önəmli deyil. Arşak Karapetyan kəşfiyyatçı olub, daha əvvəl Ermənistan ordusunun Kəşfiyyat İdarəsinə rəhbərlik edib. Hətta 2016-cı ildəki dördgünlük müharibədəki məğlubiyyətə görə, onu vəzifəsindən kənarlaşdırmışdılar. Sonradan baş nazir Nikol Paşinyan Karapetyanı vəzifəyə qaytardı. Düşünürəm ki, onun vəzifədən kənarlaşdırılması daha çox daxili çəkişmələr nəticəsində baş verdi. Əgər Karapetyan Xankəndiyə İrəvandan icazə almadan gedibsə, Paşinyan da onun səfərindən narazı qalıbsa, yəqin baş nazir bundan istifadə edərək onu vəzifəsindən kənarlaşdıra bilər. Bunu da istisna etmək olmaz. Ümumiyyətlə, hazırda Ermənistan ordusunda ciddi çəkişmələr gedir. Düşünmürəm ki, Karapetyanın vəzifədən azad edilməsinin əsas yeganə səbəbi məhz Xankəndiyə səfər etməsidir. Ermənistan ordusundakı yüksək rütbəli hərbçilərin bir-birlərinə qarşı ədavətləri var. Kimlərsə kimlərisə yıxmağa çalışır. Ermənistanda bir sıra hökumət strukturlarında kadr dəyişiklikləri gedir. Xarici İşlər Nazirliyində də 3-4 nəfər dəyişdirilib. Bütün bunlar onu göstərir ki, Nikol Paşinyanın komandası qeyri-sabitdir və daim təzyiq altında fəaliyyət göstərir”.
Tural Turan
-
Digər16:03Əfqanıstanda çadra əvəzinə hicab geyinənlərə qarşı reyd keçirildi
-
Region15:45Revanşist Baqrat da fəallaşdı - Arxiyepiskopdan xalqa çağırış
-
MDB15:14Məşhur çimərlikdən istifadəyə qadağa qoyuldu - Sanitariya problemləri var
-
Magazin214:28Məşhur rus aktyoruna alkoqol qadağası qoyuldu
-
Yaxın Şərq14:08İsraildə terror oldu: Ölən və yaralananlar var
-
Ekologiya12:35Şimşək çaxacaq, yağış yağacaq - HAVA PROQNOZU
-
Region11:56Ermənistanda seçkilər zamanı texniki nasazlıqlar yarandı
-
Ekologiya11:06Azərbaycanın bu ərazisinə qar yağdı - Faktiki hava






































