Nida Təhlil
Ermənistan buna məcbur qalacaq - Türk GENERAL AÇIQLADI
“Ermənistanın baş naziri Nikol Paşinyan müsahibəsində bildirir ki, Soçi görüşündə heç bir sənəd imzalanmayacaq. Paşinyanın bu şəkildə açıqlama verməsi onu hakimiyyətə gətirən Qərb ittifaqına qarşı “özümü çıxılmaz vəziyyətə salacaq, sizi çətin durumda qoyacaq şeylər etmərəm” mənası daşıyır”.
Bu fikirləri Publika.az-a Türkiyənin Azərbaycandakı Səfirliyinin keçmiş hərbi attaşesi, istefada olan general-mayor Yücel Karauz deyib.
Y.Karauz bildirib ki, Nikol Paşinyan müsahibəsində qəti şəkildə Ermənistan ərazisi boyunca nəqliyyat dəhlizlərinin açılmasının əleyhinə çıxış edir. Ancaq Zəngəzur dəhlizinin işə düşməsi 10 noyabr razılaşmasının və sülhün əsas şərtidir: “Ermənistan başqaları tərəfindən idarə olunan dövlətdir. Başqa ölkələrin, böyük güclərin əlaltısıdır və müəyyən mənada onların maraqlarına xidmət edir. Zəngəzur dəhlizini 100 il öncə kimlər veribsə, Azərbaycanı Naxçıvandan ayırıbsa, o məqsədlərə xidmət etmək üçün də onlar bu prosesi gecikdirirlər. Sonunda Ermənistan dövləti Zəngəzur dəhlizinin işə düşməsinə razı olmaq məcburiyyətində qalacaq. Buna razı olmasalar, sülh də olmayacaq”.
Generalın sözlərinə görə, 16 noyabr gərginliyindən sonra Ermənistanın Rusiyanı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) bölgəyə gətirmək istəyi, “əgər lazım olan yerinə yetirilməzsə, başqa müttəfiqlər axtarışına çıxacağıq” açıqlaması Paşinyanı iqtidara gətirən Qərb ittifaqının burada söz sahibi olma iradəsini ortaya qoyur: “Onlar bu şəkildə başqa qüvvələri bölgəyə dəvət etmək istəyirdilər ki, bu da baş tutmadı. Paşinyan Azərbaycanı Ermənistana münasibətdə aqressiv siyasət yürütməkdə ittiham edir. Əgər bu belədirsə, o zaman 30 il ərzində Ermənistanın Azərbaycana qarşı apardığı siyasətin adı nədir? 30 il Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi siyasət haqsız işğal, zülm, insanlığa, təbiətə, dinə və mədəniyyətə zərər vermək, ən əsası terror fəaliyyətidir”.
Y.Karauz noyabrın 26-da keçiriləcək Soçi görüşü ilə bağlı da fikirlərini bildirib: “Rusiya Soçi görüşünü təşkil etməklə Azərbaycan və Ermənistana deməyə çalışır ki, Avropaya güvənərək hərəkət etmək olmaz. Əsas məsələləri 10 noyabr 2020-ci il razılaşması çərçivəsində həll etməyin lazım olduğu ilə bağlı mesaj verir. Soçi görüşü Brüssel dialoqu öncəsi Rusiyanın güc nümayişindən ibarətdir. Azərbaycan tərəfindən sülhün şərtləri bəllidir. Görüşün Soçidə və ya Brüsseldə keçirilməsindən asılı olmayaraq, haqq və hüquq çərçivəsində Bakı öz istəklərindən geri çəkilməyəcək”.
Akqabay Mıradov
-
Elm və təhsil19:00Nazir bu xanıma yüksək vəzifə verdi - FOTO
-
Nida Xəbər 16:16Azərbaycan vasitəsilə benzin idxalı qiymətlərə təsir edəcək - Ermənistan ümidlidir
-
Dünya14:52Epşteyn Putinlə də görüşmək istəyib? - Kremldən rəsmi açıqlama
-
Sosial13:50Azərbaycanda məşhur şirkət işçisinə pul ödəmədi - 1,8 milyonluq kapitala həbs qoyuldu
-
Region12:48Pezeşkian ABŞ-la danışıqların şərtlərini açıqladı: Əraqçiyə tapşırdım ki...
-
ABŞ12:361983-cü ildən bəri ABŞ-da belə şey olmayıb: Klintonlar razılaşdılar
-
Nida Xəbər 12:24Əli Əsədov qərar imzaladı
-
Nida Xəbər 11:48Sabiq icra başçısının oğlu Rumıniyada 40 villa aldı - FOTO










.jpg)





.jpg)







.jpg)


.jpg)










