Nida Təhlil
Azərbaycan-Rusiya əlaqələri dərin tarixi köklərə söykənir - Məhəməliyev
"Azərbaycan-Rusiya əlaqələri dərin tarixi köklərə söykənir və ən azı 200 illik bir dövrü əhatə edir. İstər Çar Rusiyası, Sovetlər İttifaqı, istərsə də müstəqillik zamanında dövlətlərarası münasibətlərdə, iqtisadi əməkdaşlıqda, cəmiyyətin ayrı-ayrı təbəqələri arasında dərin inteqrasiya prosesləri baş verib. Hal-hazırda isə Azərbaycan-Rusiya münasibətləri strateji xarakter daşıyır. Hər iki ölkənin dövlət başçıları, icra və qanunverici orqanları arasında qarşılıqlı etimada söykənən əlaqələr qurulub".
Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev Azərbaycan-Rusiya əlaqələrinin bugünkü səviyyəsindən danışarkən deyib.
Millət vəkili bildirib ki, təxmini rəqəmlərə görə, hal-hazırda Rusiyada iki milyona yaxın soydaşımız yaşayır: "Azərbaycanda da müvafiq olaraq, yüzminlərlə rus yerli əhali ilə mehriban qonşuluq şəraitində həyat sürür. İqtisadi sahədə geniş əməkdaşlıq mövcuddur. Azərbaycanda, ümumiyyətlə, 900-ə yaxın Rusiya şirkəti çalışır. Təmiz Rusiya kapitallı isə 100-dən çox şirkət fəaliyyət göstərir. Qarşılıqlı investisiya layihələri icra olunur. Ticarət, energetika, nəqliyyat, avtomobilqayırma, təhsil, səhiyyə, mədəniyyət, elm, texniki sahələrdə hər iki tərəf üçün faydalı əməkdaşlıq davam edir. Eyni zamanda, Rusiya və Azərbaycanın regionalları arasında da effektiv əməkdaşlıq mövcuddur. Rusiyanın tanınmış ali məktəblərində 15 000 gəncimiz təhsil alır. Moskva Dövlət Universitetinin, Seçenov adına Tibb Universitetinin Azərbaycanda filialları açılıb. MDB daxilində hər iki ölkə qarşılıqlı ticari münasibətlərdə ilk yerləri tutur".

Deputatın fikrincə, hər iki ölkə beynəlxalq siyasi müstəvidə əksər məsələlərdə vahid mövqedən çıxış etməklə, regional təhlükəsizlik sistemində əhəmiyyətli rol oynayırlar: "44 günlük Vətən Müharibəsindən sonra Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması ilə əsasən Rusiya məşğul olur. 26 noyabrda Soçi şəhərində keçirilən üçtərəfli görüşdə Rusiya Prezidenti Vladimir Putinin çıxışında da gördük ki, münaqişənin həlli ilə bağlı mövqelərimiz üst-üstə düşür. Rusiya böyük qonşumuzdur və beynəlxalq münasibətlər və təhlükəsizlik sistemində əhəmiyyətli rola malikdir. Bu ölkə ilə konfrantasiya yolunu tutmaq, təbii ki, heç kimə xeyir gətirməz. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən möhkəm təməllər üzərində qurulmuş və Prezident İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilən siyasət hər iki xalqın maraqlarına xidmət edir. Yeri gəlmişkən, müasir Türkiyə dövlətinin qurucusu Qazi Mustafa Kamal Atatürk xarici işlər nazirinə etdiyi 5 tövsiyədən birində qeyd edirdi ki, Rusiyanı yersiz qızışdırmayın. Bu baxımdan, bu ölkə ilə münasibətlərin düzgün, lazımsız emosiyalardan kənar, qarşılıqlı hörmət əsasında qurulması olduqca vacibdir. Düşünürəm ki, Rusiyanın iqtisadi-siyasi imkanlarından səmərəli istifadə etməkdə fayda var. Ötən əsrin əvvəllərində və indiki tarixi prosesləri dərindən təhlil etməklə, bu ölkə ilə konfrantasiyanın hansı nəticələrə səbəb olduğunu başa düşmək elə də çətin deyil. Bu baxımdan, tam məsuliyyətlə demək olar ki, Prezident İlham Əliyevin apardığı siyasət ən optimal siyasət olaraq tarixə düşüb. İnanıram ki, iki dövlət arasında əməkdaşlıq daha da genişlənəcək və xalqlarımızın rifahına xidmət edəcək".
Tural Turan
-
Dünya13:44Qalmaqal: Sərxoş kişi prezidenti küçədə öpmək istədi - VİDEO
-
Rəsmi xronika13:26İlham Əliyev sərəncam imzaladı
-
Dünya12:52Türkiyənin yeni dəhlizi İsraildə təşviş yaratdı: Təl-Əviv bölgədəki mövqeyini itirir
-
Sosial12:46Pensiya yaşı ilə bağlı deputatdan təklif: 3 və daha çox uşağı olanlar...
-
İdman12:40“Qarabağ”ın ingilislərlə 8-ci dueli: 10 illik həsrət bitəcək?
-
MDB11:30Moskvada görüş: Şoyqu Azərbaycan və Ermənistandan olan həmkarları ilə nəyi müzakirə edəcək?
-
Nida Xəbər 11:06Mirzoyan sülh müqaviləsindən danışdı: Bu, üçüncü dövlətlərə imkan verməyəcək ki...
-
Magazin210:24Xalq artistinin biznesi təhlükədə: Qızının adını daşıyan brend əldən gedir - FOTO






































