Nida Təhlil
Bu qanun yeni, müasir və mütərəqqi medianın yaranması faktını gerçəkliyə çevririr - Quliyev
"Vətən müharibəsindən dərhal sonra - yanvarın 12-də Prezident İlham Əliyevin Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında Fərman imzaladı. Ölkə başçısının bu fərmanı belə nəticəyə gəlməyə kifayət qədər zəmin yaradır ki, bu sahənin önəmi və əhəmiyyətli fəaliyyəti qarşıda dayanan bir sıra tələbərdən irəli gələn münbit reallıq amilidir. İlk olaraq bu, dinamik şəkildə dəyişən, yeniləşən, eləcə də qloballaşan dünyanın tələbidir ki, onun bir parçası kimi müstəqil Azərbaycan dövləti də daim öz yenilikləri ilə sözünü deməkdədir. Əlbəttə ki, bir ölkənin təbliğatı, həqiqətləri dünyaya media vasitəsi ilə çatdırılır və bu, parallel olaraq dövlət siyasətinin tərkib hissəsi kimi də qiymətləndirilməkdədir. Məhz Qarabağ həqiqətlərinin beynəlxalq aləmə çatdırılmasında mediamızın üzərinə böyük məsuliyyət düşürdü ki, istər televiziyalarımız, istər çap mediamız, istərsə də audiovisual, yaxud elektron media qurumlarımız həmin istiqamətdə öz səriştərlərini maksimum şəkildə ortaya qoyurdular. Lakin zaman ötdükcə müasir dünyamızın tələbləri də artır, medianın bir instusional mərkəz kimi fəaliyyət tendesnaiyalarında daha mütərəqqi icra mexaizmlərinin funksiyası yönündə tələblər yaranır".
Bunu Publika.az-a açıqlamasında "Səs" İnformasiya Agentliyinin rəhbəri Bəhruz Quliyev Milli Məclisə təqdim olunan media haqqında yeni qanun layihəsindən danışarkən deyib.
Ekspert bildirib ki, bu baxımdan, Prezident İlham Əliyev yeni islahatlar dönəmində ilk qərarını hər zaman aktual olan media sahəsi ilə bağlı verdi:

"Belə ki, bütün dünyada olduğu kimi, Azərbaycanda da mövcud olan vahid informasiya platforması kontekstində intensiv yeniliklərin tətbiqi danılmaz zərurətə çevrilmişdi. Nəticədə, dövlət başçımız öz iradəsi və qətiyyəti ilə bu mühüm Fərmanı imzaladı və milli mediamızda köklü islahatlar aparılmasının vacibliyini vurğuladı. Artıq yeni qanun layihəsi hazırdır və onun qəbul edilməsi ilk olaraq informasiya-kommunikasiya vasitələrinin sürətlə inkişaf etməsinə, daha mütərəqqi texnologiyaların tətbiqinə, media sahəsindəki iş icralarının və metodlarının yenilənməsinə, müasir dövrdə media sahəsinin keyfiyyətcə daha münbit dəyişikliklərinə stimul verəcək. Daha bir xüsusi məqam budur ki, media ilə bağlı təqdim edilən yeni qanun layihəsi modernləşmənin, qabaqcıl texnologiyaların geniş tətbiqinin, rasionallığının şərtlərini vahid sferada birləşdirir və bilavasitə innovativ təkamülün bütün mümkün töhfələrini mövcud islahaltarla eyni müstəviyə gətirir".
Bəhruz Quliyevin fikrincə, bununla da qanun layihəsndə əks etdirilən müddəaların hər birinin ayrı-ayrılıqdakı önəmi - vahid jurnalst kartının yaradılması, məlumat almaq hüququnun təkmilləşdirilməsi, redaksiyaların potensial bazalarının müasir tələblərlə və standartlarla təminatı, media qurumlarının dövlət orqanları, bələdiyyələr, siysi partiyalar, vəzifəli şəxsərlə aparılacaq iş prinsiplərinin yenilənməsi, habelə informasiyanın əldə edilməsi və s. kimi bəndlər bütövlükdə yeni, müasir və mütərəqqi medianın yaranması faktını gerçəkliyə çevririr:
"O cümlədən, bu sahədə arzuolunmaz halların da aradan qaldırılması yönündə də çox əhəmiyyətli məqamlar Milli Məclisə təqdim edilən qanun layihəsində əks olunmaqdadır. Söz yox ki, bu kimi üstünlüklərdən bəhrələnəcək yeni və müasir mediamız həm də dünyanın media məkanına bir nümunə etalonunu təqdim edir və inanıram ki, keçirilən media islahatları qarşımızda yeni uğurlara, imkanlara təzə yollar açacaq".
Tural Turan
-
MDB09:13Moskvaya PUA hücumu: anbarlar yandı, bölgələr hədəfə alındı - Ölənlər var
-
Ekopublika.az09:00Yeni tendensiya: Şirkətlər 40 yaşdan yuxarı işçilər axtarmağa başladılar - Nə baş verir?
-
Sosial07:35Toy mövsümü bu tarixdən başlayır
-
İqtisadi gündəm07:15İlon Maskın sərvəti buxarlandı - 650 milyard dollarlıq itki
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi













.webp)













.jpg)
.jpg)





