Nida Təhlil
Bu anlaşma Azərbaycan iqtisadiyyatına töhfə verdi - Deputat
Bu gün Ulu öndər Heydər Əliyevin anım günüdür. Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial-iqtisadi həyatında yeni bir dönüş yarandı.
Publika.az xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov qeyd edib.
Deputat bildirib ki, müstəqilliyin ilk illərində ölkə iqtisadiyyatında müşahidə edilən tənəzzül ötən əsrin 90-cı illərinin ortalarında aradan qaldırıldı və iqtisadiyyatın stabilləşməsinə baza formalaşdırıldı: "Həmin dövrdə həyata keçirilməyə başlanan islahatlar uzunmüddətli dövrdə Azərbaycan iqtisadiyyatında inkişaf trayektoriyalarını müəyyənləşdirdi. Qısa müddət sonra, 1994-cü il sentyabrın 20-də Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri", "Çıraq" yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi haqqında dünyanın 11 ən iri neft şirkəti ilə müqavilə imzalandı. Bu anlaşma Azərbaycanın siyasi-iqtisadi müstəqilliyinin qorunub saxlanması üçün xüsusi rola malik olmaqla, uzunmüddətli dövrdə ölkənin valyuta ehtiyatlarının formalaşmasına töhfə verməkdədir".
V.Bayramov qeyd edib ki, həmin dövrdə formalaşdırılan enerji siyasəti bu müqavilə ilə dünyanın ilk neft hasilatçılarından olan Azərbaycanı beynəlxalq enerji bazarlarında birbaşa iştirakçıya çevirdi: "Nəticədə enerji resursları ölkəmiz üçün yalnız dövlət gəlirlərinin artım mənbəyi deyil, həmçinin ciddi geosiyasi faktora çevrildi. Ölkəmiz artıq regionun enerji təhlükəsizliyinə töhfə vermiş dövlətlərdən sayılır və bu, Azərbaycanın müstəqil xarici siyasət imkanlarını möhkəmləndirdi. Ümummilli lider Heydər Əliyevə Allahdan rəhmət diləyir, dərin hörmət və ehtiramla yad edirik!"
-
İKT13:28Qorxulan oldu: 400 min humanoid robot insanlarla birgə çalışacaq
-
Avropa13:20Keçmiş xarici işlər nazirindən proqnoz: Avropa yeni müharibəyə doğru irəliləyir
-
Qarabağ 12:54Antiterror əməliyyatının iştirakçısı: "Uzun illər gözlənilən tarixi an idi"
-
Ekologiya12:50Sabahın hava proqnozu açıqlandı
-
Sosial12:07Agentlik sədri gənc xanıma vəzifə verdi - FOTO
-
Hadisə11:20Həbsdə ölən sabiq icra başçısının binası satışa çıxarıldı
-
Sosial10:03Məhsul var, qazanc yox: Fermer üçün çıxış yolu nədir?
-
Kriminal08:30Bakıda 17 yaşlı oğlan anasına 12 bıçaq zərbəsi vurdu


























.jpg)





.jpg)




